Cəlilabad Xalq Teatrı respublika festivalında uğur qazanıb
Tarix: 29.06.2019 | Saat: 16:05:00 | E-mail | Çapa göndər



Cəlilabad Xalq Teatrı növbəti uğura imza atıb. Teatrın peşəkar aktyor komandası iki ay davam edən III Respublika Xalq Teatrları Festivalının final mərhələsində II yerə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, festivalda Xalq Teatrı yazıçı-şair İman Abdullanın “Əsirlər” poemasının motivləri əsasında hazırlanmış “Biz qayıdacağıq Xocalı” adlı tamaşası ilə iştirak edib. Tamaşada Xocalı harayı, Qarabağ həqiqətləri peşəkar aktyorların ifasında məharətlə təqdim olunub.
Cəlilabad rayon Mədəniyyət İdarəsinin nümayəndəsi Elnur Atakişiyev bu barədə fikirlərini bölüşərək deyib: “Respublika turu çərçivəsində cənub regionundan Cəlilabad Xalq Teatrı birinci yerə layiq görülərək Bakıda keçiriləcək festivalın finalına vəsiqə qazanıb. Bu, rayonumuz və bölgəmiz üçün çox böyük uğurdur”.
Xalq Teatrının rejissoru Buludxan Buludov festivalın yüksək səviyyədə təşkil edildiyini söyləyib: “Bizim əsas məqsədimiz gəncləri ruhlandırmaqdı. Gənclər başa düşsün ki, bu gün dövlətimiz tərəfindən gənclərə hər cür diqqət və qayğı göstərilir. Gənclər də öz istedadlarını nümayiş etdirərək daha irəliyə gedirlər. Biz buna çox sevinirik. Arzu edirəm, belə festivallar mütəmadi keçirilsin”.
Tədbirin sonunda Cəlilabad Xalq Teatrına Mədəniyyət Nazirliyi tərəfindən festivalın kuboku və fəxri diplomu təqdim edilib. Buludxan Buludov isə festivalın “Ən yaxşı aktyor nominasiyası üzrə” diplomla təltif olunub.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info