G20 ölkələri liderlərinin sammitinin yekun bəyannaməsi qəbul olunub
Tarix: 29.06.2019 | Saat: 16:54:00 | E-mail | Çapa göndər



Osakada iki gün davam edən G20 ölkələri liderlərinin sammiti yekun bəyannamənin qəbulu ilə başa çatıb.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, birgə bəyannamədə liderlər kütləvi miqrasiya problemlərinin tənzimlənməsi ilə əlaqədar birlikdə fəaliyyətin zəruriliyini bildiriblər. Sənəddə qeyd edilir ki, G20 ölkələri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Beynəlxalq Miqrasiya Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin müvafiq hesabatlarını nəzərə alır və “böyük iyirmilik” çərçivəsində bu problemlərlə əlaqədar dialoqun müxtəlif səviyyələrdə davam etdirilməsini dəstəkləyirlər. Eyni zamanda, qeyd edilir ki, G20 ölkələrinin liderləri bütün dünyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün hər növ enerji ehtiyatlarının maneəsiz olaraq bütün marşrutlar üzrə çatdırılmasına çağırırlar.
Sammit hər bir ölkənin istifadə edəcəyi təmiz enerjiyə çıxışını və enerji mənbələrini müstəqil şəkildə müəyyən etməsini də təsdiq edib. Sammit bu prosesdə hidrogendən yanacaq kimi istifadə olunması, həmçinin ənənəvi karbohidrogen enerjisindən istifadə zamanı əmələ gələn tullantıların sonrakı təmizlənməsi məqsədilə karbon qazının tutulması və saxlanması üçün yeni texnologiyaların əhəmiyyətini qeyd edib. Eyni zamanda, baş verən son hadisələr fonunda enerji daşıyıcılarının daşınmasının təhlükəsizliyinin təmini ilə bağlı narahatlığını da ifadə edib.
Yekun bəyannamədə liderlər dünya enerji sisteminin əsas prinsiplərindən biri kimi, qlobal enerji təhlükəsizliyinin əhəmiyyətini qeyd ediblər. Bununla əlaqədar, enerji ehtiyatlarının bütün mənbələrdən, istənilən tədarükçüdən və bütün marşrutlar üzrə fasiləsiz çatdırılması və enerji infrastrukturunun etibarlı, təhlükəsiz inkişafına çağırış da sənəddə öz əksini tapıb.

Birgə bəyannamədə, həmçinin ABŞ ilə G20 üzvü olan digər ölkələr arasında iqlim məsələləri ilə bağlı fikir ayrılığına da toxunulub. ABŞ-ın və G20 üzvü olan digər ölkələrin məsələ ilə bağlı mövqeyi barədə fikirlər bəyannamənin ayrı-ayrı bəndlərində öz əksini tapıb.
Sammitin yekunu ilə bağlı mətbuat konfransında çıxış edən Böyük Britaniyanın Baş naziri Tereza Mey deyib ki, Birləşmiş Krallıq ölkə parlamentində 2050-ci ildə ölkədə parnik qazlarının sıfıra endirilməsi təşəbbüsü ilə çıxış edib.
Yekun bəyannamədə, G20 ölkələri, həmçinin öz üzərilərinə qadınların hüquq bərabərliyinin təmin edilməsi və məşğulluq, təhsil və sahibkarlıq sahələrində gender fərqinin azaldılması öhdəliyini götürdüklərini də qeyd ediblər. G20 liderləri, eyni zamanda, 2014-cü ildə Brisbendə keçirilən sammit zamanı bəyan edilən məqsədlərin həyata keçirilməsinə çalışacaqlarını da bildiriblər. Həmin vaxt G20 ölkələri kişilərlə qadınlar arasında məşğulluq fərqinin 2025-ci ilədək 25 faizədək azaldılması öhdəliyi götürmüşdülər.
“Böyük iyirmiliyə” daxil olan ölkələr qrupu turizmi qlobal iqtisadi inkişafda əsas amillərdən biri olaraq götürdüklərini də birgə bəyannamədə vurğulayıblar. G20 ölkələri bir daha bəyan ediblər ki, planlaşdırma və idarəetmə yolu ilə təbii ehtiyatların qorunması və davamlı turizm naminə fəaliyyətlərini davam etdirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
19.01.2020
“Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
19.01.2020
Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
17.01.2020
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info