Şəhid Elşən Xəlilovun təltif olunduğu medal ailəsinə təqdim edilib
Tarix: 29.06.2019 | Saat: 22:17:00 | E-mail | Çapa göndər



İyunun əvvəlində Ermənistan silahlı bölmələrinin Tərtər rayonu istiqamətində atəşkəs rejimini kobud surətdə pozaraq təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı bu gün şəhidin ailəsinə təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə nazirliyin rəsmiləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, hərbi qulluqçular, ziyalılar və şəhid ailələri üzvləri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi tədbirdə çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan, Azərbaycan Ordusunun dünyanın 50 ölkəsinin güclü orduları sırasında yer almasından söhbət açıb. Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindəndir. Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri qeyd olunub. Bildirilib ki, bu gün Ümummilli Liderimizin ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşləri zamanı, eləcə də 2018-ci ilin Günnüt əməliyyatı vaxtı düşmənə bir daha öz gücünü nümayiş etdirdi. Gədəbəy rayonunun gəncləri Silahlı Qüvvələrdə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edirlər. Rayonumuzun onlarla gənci döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onlardan bir neçəsi ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər. Şəhid Elşən Xəlilovun da ailəsi diqqət mərkəzindədir. Onun dəfn mərasimi yüksək səviyyədə keçirilib.
Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə nazirinin əmrini oxuyub və medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib. Şəhidin atası və anası “Vətən sağ olsun!” deyərək ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Bir neçə gün əvvəl Prezidentin Sərəncamı ilə medalla təltif olunmuş polkovnik-leytenant Eldəniz Nəsirov çıxış edərək bildirib ki, biz bundan sonra da Elşən Xəlilov kimi igidləri yetirən bir torpağın keşiyində sədaqətlə dayanacaq və torpaqlarımızın düşmən tapdağından tezliklə azad ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına əminik.
Şəhidin vaxtilə təhsil aldığı Köhnəqışlaq kənd məktəbinin müəllimləri Akif Məmmədov, Tofiq Əliyev çıxış edərək Elşən Xəlilovun hələ orta məktəbdə oxuduğu illərdə onun vətənpərvər şagird olduğunu qeyd ediblər.
Bir neçə gündən sonra hərbi xidmətə yollanacaq çağırışçı gənclər adından çıxış edən Tunar Səfərov bildirib ki, bu gün əsgər Elşən Xəlilov yoxdursa, onun yüzlərlə, minlərlə davamçıları var. O, söz verib ki, bundan sonra da Vətənə, xalqa şəhid Elşən Xəlilov kimi sədaqətlə xidmət edəcəklər.
Tədbirin sonunda Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri olan “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” kitab-albomu tədbir iştirakçılarına hədiyyə edilib.
Tədbir vətənpərvərlik mahnıları ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info