Komitə sədri Moskvada beynəlxalq forumda iştirak edəcək
Tarix: 30.06.2019 | Saat: 01:51:00 | E-mail | Çapa göndər



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Parlamentarizmin inkişafı” adlı II beynəlxalq forumda iştirak etmək üçün iyunun 30-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə “Beynəlxalq təhlükəsizlik: sülh və sabitlik üçün parlamentarilərin dialoqu”, “Qanun yaradıcılığı və rəqəmsal gələcəyin hüquqi əsasları”, “Parlamentlərarası əməkdaşlıq: prinsiplər və istiqamətlər” mövzularında müzakirələr aparılacaq.
Forum çərçivəsində yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasında hüquqi tənzimləmənin əhəmiyyəti, mediada saxta xəbərlərə qarşı mübarizə yolları, ekoloji qanunvericilik, parlamentarizmin inkişafında gənclərin rolu, beynəlxalq humanitar hüquq və bu sahədə parlamentlərarası əməkdaşlıq məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək.
Deputatımız toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər iyulun 3-də başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info