Astarada əhaliyə göstərilən səhiyyə xidmətinin əhatə dairəsi genişləndirilib
Tarix: 30.06.2019 | Saat: 08:35:00 | E-mail | Çapa göndər



Son illər Astara rayonunda səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, səhiyyə müəssislərinin maddi-texniki bazasının möhkəmləndirilməsi əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yaxşılaşdırıb.

Rayonda ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması vətəndaşların sağlamlığının qorunmasında mühüm rol oynayıb.
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Mərkəzi Xəstəxana tabeliyində olan kənd sahə xəstəxanaları ilə birlikdə 186 çarpayılıqdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Astara Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq müasir tibbi avadanlıqla təchiz edilib, Pəlikəş kənd sahə xəstəxanası üçün yeni bina tikilib, Kijəbə qəsəbə, Pensər kənd sahə xəstəxanaları əsaslı təmir olunub, Şiyəkəran kənd həkim məntəqəsinin dam örtüyü dəyişdirilib.
Respublikanın klinikalarında çalışan yüksəkixtisaslı peşəkar həkim briqadaları Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayona dəvət edilərək rayon mərkəzi xəstəxanasında vətəndaşların müayinə və müalicəsi təşkil olunur. Ötən ilin mart ayında Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyevin rəhbərliyi ilə ixtisaslı həkim briqadasının rayon mərkəzi xəstəxanasında keçirdiyi humanitar aksiya zamanı 700-dən çox sakin müayinə olunub və onlara müalicə kursları təyin edilib. Bu ilin may ayında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya İnstitutunun yüksəkixtisaslı həkim briqadası rayona dəvət edilib. “Səyyar qatar”da 700 vətəndaş müayinə edilib, 19 xəstə üzərində müxtəlif əməliyyatlar aparılıb, 30 xəstə Masallı rayonunda, 100-ə yaxın xəstə isə Bakı şəhərində əməliyyata cəlb olunub. Ötən il, həmçinin Bakı şəhərindən uşaq nevropatoloqu, uşaq kardioloqu, hematoloq, neyrocərrah ixtisası üzrə həkimlər mərkəzi xəstəxanaya dəvət edilib, 1000-dən rayon sakini tibbi müayinələrdən keçib. Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası vaxtaşırı ucqar dağ kəndlərinin sakinlərinə səyyar xidmət göstərir.
Xəstəxananın poliklinika şöbəsində 7200 nəfər müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyatındadır və onlar ilboyu pulsuz dərmanlarla təmin edilirlər.
Mərkəzi Xəstəxanada xroniki böyrək çatışmazlığı diaqnozu ilə 19 xəstə qeydiyyatdadır. Qeydiyyatda olan xəstələr vaxtaşırı hemodializ şöbəsində dializ olunurlar.
Ötən il rayonda 570 doğuş qeydə alınıb. Bu dövrdə rayonda ana ölümü olmayıb, uşaq ölümü 6 promilli təşkil edib. Bu, Səhiyyə Nazirliyinin göstəricilərinə əsasən ən aşağı göstərici sayılır.
Rayonda “sünnət aksiyası”nın keçirilməsi ənənə şəklini alıb. Son üç ildə humanitar aksiya çərçivəsində 700-dən çox uşaq sünnət olunub.
Bütün bunlarla yanaşı, Astara rayonunun səhiyyə sistemində həllini gözləyən problemlər də var. Kənd sahə xəstəxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr çatışmazlığı bu problemlər sırasındadır.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb
26.02.2020
Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info