UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün 36 namizəd fayl nəzərdən keçiriləcək
Tarix: 30.06.2019 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


İyunun 30-da Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçılarının istiqamətləndirici iclası keçirilib.
Trend-in Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, Dünya İrs Komitəsinin Bakı sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, tədbirin açılış mərasimi və digər iclasların keçiriləcəyi məkanlarla bağlı məlumat verib. Bildirib ki, bu gün axşam Heydər Əliyev Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılış mərasimi reallaşacaq. Mərkəzdə Azərbaycanın mədəni zənginliyini nümayiş etdirən sərgi, həmçinin müxtəlif mövzularda təqdimatlar və mədəni proqram nümayiş etdiriləcək.
UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler çıxışında bildirib ki, 43-cü sessiya çərçivəsində Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumun yüksək səviyyədə təşkil edilib.
İyulun 1-də keçiriləcək sessiyalarla bağlı məlumat verən direktor diqqətə çatdırıb ki, sessiyaların və plenar iclasların təşkil olunacağı zallar tam hazır vəziyyətdədir. M.Rossler təqdim olunacaq nominasiya faylları ilə bağlı əlavə məlumatların Təşkilat Komitəsinə çatdırılmasını tövsiyə edib. Həmçinin vurğulayıb ki, plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçiriləcək. Sessiyalara katiblik, məşvərət şurası və hüquq müşavirləri nəzarət edəcək. Sessiyaya hazırlıqla bağlı bütün məlumatlar komitənin veb-saytında əks olunub və onlayn rejimdə hər bir sessiyaya aid sənədi buradan əldə etmək mümkündür.
Qeyd olunub ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyi sabah açıqlanacaq. Gündəliyə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər. Bakı sessiyasında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək. Tədbir çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi keçiriləcək.
Daha sonra istiqamətləndirici iclas iştirakçı dövlətlərin nümayəndələrinin fikir və təklifləri ilə davam edib.
Qeyd edək ki, 30 iyun – 10 iyul tarixlərində keçiriləcək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox nümayəndə iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info