Azərbaycanın Xarici İşlər naziri UNESKO-nun Baş direktoru ilə görüşüb
Tarix: 30.06.2019 | Saat: 23:13:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 30-da UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru xanım Odre Azule ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş direktor Ümumdünya İrs Komitəsinin iclasının UNESKO-nun ən böyük tədbirlərindən olduğunu qeyd edərək, bu tədbirə bütün dünyadan nümayəndələrin qatıldığını söyləyib. O, komitənin 43-cü sessiyasına ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
Tərəflər UNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, kommunikasiya, gender bərabərliyi və digər sahələr üzrə mövcud olan fəal və səmərəli əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində və UNESKO dəyərlərinin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusi vurğulanıb.
Xanım Odre Azule UNESKO-nun sadiq və fəal üzvü qismində çıxış etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib və təşkilatın islahatlarının həyata keçirilməsi baxımından məhz öhdəliklərinə sadiq üzv ölkələrə ehtiyac duyulduğunu vurğulayıb.
Elmar Məmmədyarov UNESKO ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini və bu xeyirxah təşkilatla əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirib. Nazir Azərbaycanın zəngin irs nümunələrinin UNESKO siyahılarına daxil edilməsində maraqlı olduğunu qeyd edib. O, mədəni irsin qorunması mövzusuna həssas yanaşdığımızı bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni, tarixi və dini irsimizi Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə dağıtdığını diqqətə çatdırıb.
Görüşdə dünya irsinin qorunması sahəsində UNESKO tərəfindən həyata keçirilən mühüm layihələr üzrə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info