Aylıq hava məlumatı: İyulda bəzi günlərdə 42 dərəcə isti gözlənilir
Tarix: 01.07.2019 | Saat: 10:24:00 | E-mail | Çapa göndər


Azərbaycanda iyul ayına olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində havanın qeyri-sabit, nisbətən sərin keçəcəyi gözlənilir. Abşeron yarımadasında şimal-qərb küləyi tez-tez güclənəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 21-26, gündüzlər 29-34, bəzi günlərdə 37-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 2-3 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35, bəzi günlərdə 38-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-16 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27, bəzi günlərdə 29-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (36-73 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 28-33, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (10-32 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə 36-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı olacağı (norma 9-118 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 40-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 3-22 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-25 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-34, bəzi günlərdə 36-38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-33 mm) gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Masallı Rayon İcra Hakimiyyəti başçısının Tüklə kəndi ərazisində səyyar görüş-qəbulu
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info