Məşhur türk serialları qəhrəmanları Akademik Musiqili Teatrda
Tarix: 01.07.2019 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Bir çox ölkədə kifayət qədər populyarlıq qazanan Türkiyənin məşhur seriallarının qəhrəmanları – “Savaşçı”nın “Komutan”ı Murat Serezli və “Eşkiya Dünyaya Hökmdar Olmaz”ın “Mürsel Kara"sı Taner Turan və klassik Türk musiqi ifaçısı Nebahat Nalan Höke Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar.
Rejissor Kənan Mahmudovun bələdçiliyi ilə teatra gələn qonaqları qurumun direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

Türkiyəli sənətkarlar Akademik Musiqili Teatrın yaranma tarixi, inzibati binası, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud vəziyyəti ilə yaxından tanış olublar.

Onlar həmçinin Teatrın möhtəşəm səhnəsində gənc rejissor Elməddin Dadaşovun quruluşunda təqdim olunan “Buratino” (A.Rıbnikov, A.Tolstoy, tərc. N.Kazımov) tamaşasına da baxıblar. Səhnə əsərinin budəfəki nümayişinin xüsusi olaraq fiziki məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulduğu qonaqların diqqətinə çatdırılıb.
Tamaşanı heyranlıqla izləyən və növbəti səfərlərində də mütləq Akademik Musiqili Teatra gəlmək niyyətlərinin olduğunu vurğulayan məşhurlar teatrın belə sosial layihələrdə iştirakını rəğbətlə qarşılayıblar...
Tural




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info