Gənc həvəskar fotoqraflar yay düşərgəsində
Tarix: 01.07.2019 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


27 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bura Vətəndir” devizli gənc həvəskar fotoqrafların yay düşərgəsinin 2-ci günü tanınmış fotoqraf Vahid Həsənovun iştirakı ilə gənclərə fotoqraflıq sənətinin incəlikləri barədə nəzəri və praktiki məlumatlar verildi.
Düşərgə çərçivəsində növbəti təlim sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın iştirakı ilə baş tutdu. Məhsəti Hüseynova gənclərə sağlam və düzgün qidalanma, yuxu rejimi, geni dəyşdirilmiş orqanizmlər və qatqı maddələri barədə məlumatlandırdı. Daha sonra düşərgə iştirakçılarına “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevin iştirakı ilə layihə yazılışı, komanda işinin təşkili mövzularında praktik məlumatlar verildi. Gün sonu düşərgə iştirakçıları foto dərslərdə öyrəndikləri bilikləri tətbiq etmək üçün Göygölə və Maralgölə ekskursiya etdilər.
Məlumat üçün bildiririk ki, düşərgə 30 iyun tarixinədək davam edəcəkdir. Layihə çərçivəsində tematik ekskursiyalar və idman oyunları təşkil ediləcəkdir. Əsasən gənclərin proseslərə fəal cəlb edilməsi üçün qeyri-fəal təlim metodlarından istifadə olunacaq. İştirakçılar düşərgə daxili çempionatlarda iştirak edəcək, musiqi gecələri, görüşlər keçiriləcək. Layihə iştirakçıları aralarında müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Bu oyunlarda mövzular Azərbaycan mədəniyyətinə, tarixinə həsr ediləcəkdir. Yarış qalibləri və fəalları sonda mükafatlandırılacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb
26.02.2020
Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Hakan Şükür: “Peşmanam” – Video
4 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info