Tikintidə təhlükəsizlik qaydalarına necə riayət olunur?
Tarix: 01.07.2019 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda yüzlərlə insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. İş yerlərində baş verən qəzaların qarşısının alınması üçün bütün dünya mübarizə aparır. Hər il dünyada iş yerlərində 300 milyondan çox ölümlə nəticələnə bilən qəzalar baş verir ki, bunun da 2 milyondan çoxu ölümlə nəticələnir. Azərbaycanda isə il ərzində 100-dən çox istehsalat qəzası baş verir. Bəs bu qəzalardan necə qorunmaq olar? Təhlükəsizlik eksperti Elmar Nurəliyev hesab edir ki, işəgötürənlər bu işdə maraqlı olmalıdır: "İşçi işə götürülərkən onunla əmək müqaviləsi bağlanmalı, onun iş sığortası olmalıdır. Daha sonra işçi işə başlamamışdan qabaq ona giriş təlimatı verilməli, işə başlayanda isə ilkin təlimat verilib sonra işə başlamalıdır. Bunlar hamısı təhlükəsizlik üçündür".
E.Nurəliyev qeyd etdi ki, işçi iş yerinə qəbul olunanda ona hansı təhlükəsizlik qaydalarına riayət etmək lazım olduğu ilə bağlı ilkin məlumat verilməlidir. Buna iş yerlərində olan rəhbər vəzifəli şəxslər nəzarət etməlidir.
Ekspertin sözlərinə görə, daha çox qəza tikinti sahəsində baş verir. Belə ki, bu sektorda baş verən qəzalar ümumi istehsalat qəzalarının 25 faizdən çoxunu təşkil edir: "Bu, kifayət qədər ciddi rəqəmdir. Tikintidə işləyən işçilərə nəzarət çox aşağı səviyyədədir. Kim necə gəldi, elə də işləyir. Heç bir təhlükəsizlik qaydalarına riayət edilmir".
E.Nurəliyevin fikrincə, tikinti sahəsində təhlükəsizlik tədbirləri kompleks görülməlidir: "Baxın, ağır tikinti materialları, kranlar işləri, dəmir armatur işləri, hündürlükdə işlər və s. bütün bunlar hamısında təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Hündürlükdə çalışan işçilər üçün xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. Tikinti sahəsində hündürlük 7 metrdən yuxarı qalxarsa, qoruyucu sipər çəkilməli və təhlükəsizlik tədbirləri görülməlidir. Amma biz müşahidə edirik ki, hündürlükdə çalışan fəhlələrin nə qoruyucu kəməri var, nə başında dəbilqəsi. Ayağında isə rezin çəkmə əvəzinə, gündəlik həyatda geydikləri adi ayaqqabı var. Potensial təhlükə budur. Bu laqeydliyin nəticəsidir ki, iş yerlərində bədbəxt hadisələr baş verir".
Mütəxəssis bildirir ki, işçilərin təhlükəsizliyinə sahibkarlar cavabdehdir: "Hesab edirəm ki, iş yerlərində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılması çox vacibdir və bu işə ciddi nəzarət olunmalıdır".

Fuad




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur
05.08.2020
Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
05.08.2020
Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir
03.08.2020
Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər
02.08.2020
Azərbaycanın inamlı siyasəti Ermənistanı bütün müstəvilərdə məhv edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11584

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info