Ermənilər İrəvan-Tbilisi dəmir yolunu bağladılar
Tarix: 01.07.2019 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Alaverdi mis kombinatının işçiləri yenidən etiraz edirlər

Ermənistandakı Alaverdi mis konbinatının işçiləri yenidən etiraz aksiyası təşkil ediblər. Etirazçılar ötən gün Ermənistandan Gürcüstana gedən dəmir yolunu bağlayıblar. Sabiq kombinat işçiləri hələ aprel ayının sonunda dövlət tərəfəindən onlara verilən vədin yerinə yetirilməsini tələb edirlər. Məsələ bundadır ki, 2018-ci ilin oktyabrında öz fəaliyyətini dayandıran kombinat arxada qalan aylarda sabiq işçilərə hələ bir qəpik belə, əməkhaqqı ödəməyib.
«Hazırda neçə müddətdən bəri işsiz qalan kombinat işçiləri təkcə müəssisənin bütün giriş-çıxışlarını deyil, həm də dövlətlərarası dəmir yolunu da bağlayıblar». Bunları öz şəxsi «Facebook» səhifəsində yazan mitinq iştirakçılarından biri Armen Kirakosyan etirazçıların videosunu da paylaşıb. Xatırladaq ki, vaxtilə 600 nəfərdən artıq əməkçinin çalışdığı Alaverdi mis kombinatı hazırda «suyu sovrulmuş dəyirmanı» xatırladır.

Hələ bir müddət bundan əvvəl Paşinyan kabinetinin ölkədə əməkhaqqının artırılması haqda qanun layihəsini nəzərdən keçirəcəyi barədə verdiyi vəd hələ də kağız üzərində qalmaqdadır

Qeyd edək ki, bütün bunlara biganəlik nümayiş etdirən erməni hökumətindəki qəribəliklər barədə ermənilərin «Qolos Armenii» saytı da məqalə ilə çıxış edib. Saytın yazdığına görə, hələ bir müddət bundan əvvəl Paşinyan kabinetinin ölkədə əməkhaqqının artırılması haqda qanun layihəsini nəzərdən keçirəcəyi barədə verdiyi vəd hələ də kağız üzərində qalmaqdadır. Xatırladaq ki, Ermənistanda 2015-ci ildən bəri dəyişməyən minimum əmək haqqı bu gün cəmi 55 min dram təşkil edir. Doğrudur, son dövrlərdə ölkədə minimum əmək haqqının 63 min drama qədər qaldırılacağı barədə verilən vədlər hələ ki, həyata keçirilməyib. Əslində, saytın yazdıqlarına rəğmən, demək olar ki, gözünü xaricdən gələn ianələrə dikmiş Ermənistan hökuməti üçün bütün bunları reallaşdırmaq elə də asan deyil.
Məhz buna görə də «ArmenianReport» saytının yazdığına görə, Paşinyan höukməti son aylar təhrif və fırıldaqçılıq kursu götürməyə məcbur olub. Ermənistan Milli Statistika Komitəsinin bu ilin may ayı üçün əldə olunan əsas makroiqtisadi göstəricilərə diqqət çəkən sayt bu göstəricilərin reallıqdan uzaq olduğunu bildirir: «…Bu, hakimiyyətin əsl dövlət işlərini gizlətməyə cəhd etməsidir. Çünki hakimiyyətin üzə çıxarmadığı əsl faktlar ölkə iqtisadiyyatının bütün sahə və sektorlarında arzuolunmazdır. Məsələn, Ermənistanın Statistika Komitəsi guya bu ilin yanvar-may aylarında iqtisadi fəaliyyət göstəricisinin ötən ilin eyni dövrü ilə müqayisədə 107,3 faiz artdığını iddia edir. Təsəvvür edin ki, ölkədəki «tərəqqi»nin sənaye, kənd təsərrüfatı, tikinti, ticarət sahələrində baş verdiyini idda edən erməni statistlər, hətta əmək haqqının artdığını belə, bildirirlər».
Qeyd edilməlidir ki, hazırda Ermənistanda iqtisadiyyat sahəsində çalışan bir sıra iqtisadçı və jurnalistlər artıq Milli Statistika Komitəsinin hesabatını kəskin tənqid ediblər. Əslində, Ermənistan iqtisadiyyatının real vəziyyəti verilən rəqəmlərdən çox uzaqdır. Bunu, hətta Statistika Komitəsinin açıqfikirli nümayəndələri də şəxsi söhbətlərdə etiraf edirlər. Onların fikrincə, «məxməri inqilab»ın ikinci ilində ən pisi isə «demokratik şüarlarla silahlanmış» hakimiyyətin ölkənin Milli Statistika Komitəsinə təzyiq göstərməyə başlamasıdır: «…Son günlər dövlətin yerli bələdiyyələrdən regionlardakı «inkişafla bağlı» «nəfis rəqəmlər» tələbi də gözdən pərdə asmaq kimi bir şeydir. Əslində, regionlarda Stepan Mnatsakanyanın rəhbərlik etdiyi statistika komitəsi də SSRİ dövründə olduğu kimi (buna həmin dövrdə «pripiski» deyilirdi), Paşinyanın «uğurlarını» təhrif olunmuş şəkildə xalqa çatdırmaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info