İranın zənginləşdirilmiş uran ehtiyatları artıb
Tarix: 01.07.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


İranın zənginləşdirilmiş uran ehtiyatları Tehranın dünyanın aparıcı ölkələri ilə imzaladığı sazişdə nəzərdə tutulan 300 kiloqramlıq həddi aşıb. Anadolu Agentliyi xəbər verir ki, bu məlumatı Fars informasiya agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyindəki mənbəyə (BAEA) istinadla yayıb. BAEA-dakı mənbənin sözlərinə görə, ötən çərşənbə günü agentliyin apardığı yoxlamalar zamanı zənginləşdirilmiş uranın miqdarının normadan artıq olduğu müəyyən edilib. Bundan əvvəl də Tasnim informasiya agentliyi xəbər yaymışdı ki, İran Avropa ölkələrinin INSTEX banklararası mexanizmini istifadəyə verməsinə rəğmən Birgə Fəaliyyət Planında nəzərdə tutulan öhdəliklərinin yerinə yetirilməsini azaltmaqda davam edəcək. Ehtimal edilir ki, iyulun 7-dən başlayacaq ikinci mərhələ çərçivəsində Tehran uranın 3,67 faizdən artıq zənginləşdirilməməsi şərtindən imtina edəcək və Arakda nüvə reaktorunun modernləşdirilməsi üzrə ilkin planına qayıdacaq. Bu isə, Qərb mənbələrinin məlumatına görə, plutonium silahının istehsal olunmasına potensial şərait yaradır. Ekspertlər bildirirlər ki, 2019-cu il mayın 8-də İran Prezidenti Həsən Ruhaninin Tehranın nüvə sazişində nəzərdə tutulan öhdəliklərin bir hissəsini dayandırması və sənədi imzalayan digər ölkələrə onun icrasına qayıtmaq üçün iki ay vaxt verməsinin müddəti iyulun 7-də başa çatır. İran tərəfi sazişin tərəfdaşlarının, ilk növbədə avropalıların sənədin iqtisadi müddəalarına tam əməl etmədiklərini və bu səbəbdən onun əhəmiyyətini itirdiyini iddia edir. Nüvə proqramı üzrə Birgə Fəaliyyət Planı 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa) və Almaniya arasında imzalanıb. Sənəd Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində BMT, ABŞ və Avropa İttifaqının sanksiyalarının ləğvini nəzərdə tuturdu. Lakin ABŞ Prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun bu sazişdən çıxdığını bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info