Bakı metrosunda oğlanı qızın çiynindəki şala görə öldürdülər
Tarix: 01.07.2019 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Bakıda bir qızın çiynindən düşən şala görə mübahisə düşüb və qətl hadisəsi baş verib. Əsgərlikdən yeni gələn 23 yaşlı Emin Şəmiyevi bıçaqlayaraq öldürüblər.
Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Vəli Əliyev və 29 yaşlı Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Şirvan şəhər sakinləri hakim Mirzə Xankişiyevin qarşısına çıxarılıb. Təqsirləndirilənlər Saatlı rayon sakini Emin Şəmiyevi qıza görə öldürüblər. Metroda bir qızın çiynindən şalı düşüb. Yaşlı bir adam şalı yerdən götürəndə Vəli ilə Füzuli buna gülüblər. Emin onlara irad bildirib. Mübahisə yaranıb. Metrodan çıxıblar. Metrostansiyanını “Nizami” stansiyasının qarşısında əlbəyaxa olublar. Təqsirləndirilənlər Emini ürək nahiyəsindən bıçaqla vurublar. Onun həyatını xilas etmək mümkün olmayıb. Cinayət törədənlər isə hadisə yerindən qaçaraq gizləniblər. Onları polis və prokurorluq əməkdaşlarının əməliyyat tədbirlərindən sonra ələ keçiriblər. Hər iki şəxs doğulduğu Şirvanda həbs olunub. Vəli Əliyevə və Füzuli Nəcəfova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Vəli əvvəllər dəfələrlə məhkum olunub.
Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info