Vyanada azərbaycanlı musiqişünasın xatirəsi anılıb
Tarix: 01.07.2019 | Saat: 22:14:00 | E-mail | Çapa göndər



Vyanada yerləşən “Academia Musica” tədris mərkəzində tanınmış Azərbaycan alimi, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Şəhla Mahmudova-Həsənovanın (1956-2018) xatirəsinə həsr olunmuş musiqili axşam keçirilib.

AZƏRTAC xəbər verir ki, Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət assosiasiyası tərəfindən “Sehrli səslər evciyi” adı altında təşkil olunan tədbirdə çıxış edən qurumun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova bildirib ki, dünyadan vaxtsız köçmüş Şəhla Mahmudova-Həsənovanın xatirəsinə ithaf edilən bu axşam uzun illər onun aparıcısı olduğu uşaqlar üçün populyar televiziya verilişinin adını daşıyır. 1974-1994-cü illərdə efirə gedən, uzun illər Şəhla xanımın müəllifi və aparıcısı olduğu bu veriliş Do-Re-Mi adlı qəhrəmanın iştirakı ilə uşaqların sevimlisi idi, eyni zamanda, onlarda musiqiyə maraq aşılayırdı.
F.Tahirova qeyd edib ki, böyük maraqla seyr etdiyi bu veriliş onun da musiqişünas kimi yetişməsində müstəsna rol oynayıb.
Sonra o, Ş.Mahmudova-Həsənovanın yaradıcılığının əsas məqamlarına nəzər salıb, tədbir iştirakçılarına azərbaycanlı alim və musiqişünasın şəxsi arxivindən götürülmüş foto və digər materiallar əsasında ətraflı məlumat verib.
Tədbir “Sehrli səslər evciyi” televiziya verilişinin ənənəsinə uyğun olaraq davam edib.
Daha sonra baş tutan konsertdə “Academia Musica” tədris mərkəzinin şagirdləri ilə yanaşı, Vyanada yerləşən Rixard Vaqner adına Konservatoriyanın vokal kafedrasının tələbələri F. Tahirovanın fortepianoda müşayiəti ilə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info