Binə Atçılıq Mərkəzində iyun ayının son cıdır yarışları keçirilib
Tarix: 02.07.2019 | Saat: 00:39:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində iyun ayının son cıdır yarışları keçirilib.

Azərbaycan Respublikasının Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 4 müxtəlif kateqoriya və məsafələrə qaçışlar təşkil olunub.
İki yaş ingilis atların yarışdığı 1000 metr məsafədə birinci qaçışın nəticəsinə görə “Batumi Ridinq club” sahibi olduğu “Frankel” ləqəbli at qalib gəlib. İkinci yeri “Omar” AİK-in sahibi olduğu “Babi” ləqəbli at, üçüncü yeri isə “Arzu” AİK-in sahibi olduğu “Maqma” ləqəbli at tutub.
İkinci qaçışda 1400 metr məsafəyə 3 yaş Qarabağ və Dilbaz atları yarışıblar. Bu qaçışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Xan qızı” ləqəbli at, ikinci yeri “Omar” AİK-in sahibi olduğu “Nəfəs” ləqəbli at, üçüncü yeri isə Atayev Şəmsəddinin sahibi olduğu “Sərv” ləqəbli at tutub.
Üçüncü qaçış 3 yaşdan yuxarı ingilis atların yarışdığı 1800 metr məsafə üzrə yarış gərgin mübarizə ilə yadda qalıb. Bu qaçışda birinci yeri Cabbarov Çingizin sahibi olduğu “Kənanın Kralı” ləqəbli at, ikinci yeri “Omar” AİK-in sahibi olduğu “Omar” ləqəbli at, üçüncü yeri isə Ənsərov Elşənin sahibi olduğu “Caspian Surf” ləqəbli at tutub.
Ayın axırıncı cıdır gününün son qaçışında 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1800 metr məsafədə güclərini sınayıblar. Bu qaçışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar” ləqəbli at, ikinci yeri İbrahimov Ramizin sahibi olduğu “Aliqator” ləqəbli at, üçüncü yeri isə “Sərhədçi” AİK-in sahibi olduğu “Qalxan” ləqəbli at tutub.
Qeyd edək ki, yarışların ümumi mükafat fondu 11 min 400 manat təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Çelsi“nin Lempardla ilk məğlubiyyəti
19.07.2019
“Barselona“ yeni transferini icarəyə göndərdi
19.07.2019
Lukakunun alternativini tapdı
19.07.2019
Avropa Liqasında 43 oyun keçirilib, “Reyncers” “Neftçi”yə şərik olub
19.07.2019
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi müəyyənləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info