“Birtərəfli sanksiyaları və ticarət müharibələrini rədd edirik“
Tarix: 02.07.2019 | Saat: 08:36:00 | E-mail | Çapa göndər



Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın birtərəfli sanksiyalar və ticarət müharibələri də daxil olmaqla, hər növ şantaj və təzyiqi rədd etdiyini bildirdi.

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən 2-ci Beynəlxalq Parlamentarizmin İnkişafı Forumunda iştirak edib.
Burada çıxış edən Lavrov dünyanın bir çox yerində münaqişələrin olduğuna diqqət çəkdi, parlament diplomatiyasının ölkələr arasında etibar və etimadın qorunmasına və beynəlxalq problemlərin həll edilməsinə kömək etdiyini dilə gətirdi.
Konstitusiyaya qarşı zərbələrin təşkil edilməsi və dəstəklənməsinin qəbuledilməz olduğunu vurğulayan xarici işlər naziri: "Belə bir tətbiq bir çox ölkə tərəfindən Birləşmiş Millətlər Təşkilatının qətnamələrində qınanıb. Birtərəfli sanksiyalar və ticarət müharibələri də daxil olmaqla, hər növ şantaj və təzyiqi rədd edirik" dedi.
Dumanın sədri Vyaçeslav Volodin də parlamentarilərin Orta Şərq və Şimali Afrikadakı kimi məsələlərin həlli üçün birlikdə səy göstərmələrinin vacib olduğunu vurğuladı.
Volodin beynəlxalq hüququn qorunmasının əhəmiyyətinə toxunaraq: "Amerika Birləşmiş Ştatlarının başqa ölkələrə öz demokratiyasını sırıması beynəlxalq hüququn pozulmasına və siyasi sahədə şokedici hadisələrə səbəb ola bilər" deyə bildirib.
Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko parlamentarizmin dünya mədəniyyətinin ən böyük uğuru olduğunu qeyd edib.
Parlamentarizmin ölkələr arasında müsbət əlaqələrin yaradılmasına yardım etdiyini vurğulayan Matviyenko: "Dünya bu gün yeni təhdidlərlə üz-üzədir. Beynəlxalq etimadın təmin olunması üçün yeni parlamentar münasibətləri inkişaf etdirməklə etnik qruplar arasında müsbət münasibətləri təmin etməliyik" ifadələrini işlətdi.




 
Bölməyə aid digər xəbərlər
06.08.2020
Ermənistanın son əməlləri sülh prosesi üçün real perspektivlərə zərbə vurur
05.08.2020
Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir
05.08.2020
Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir
03.08.2020
Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər
02.08.2020
Azərbaycanın inamlı siyasəti Ermənistanı bütün müstəvilərdə məhv edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11584

1 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
2 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
3 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
4 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
5 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info