Ermənistan anlamalıdır ki, mövcud status-kvonu saxlamaq onun xeyrinə deyil
Tarix: 02.07.2019 | Saat: 08:39:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 20-də keçirilən Vaşinqton görüşündən bir müddət ötməsinə baxmayaraq, bu məsələ hələ də ictimai müzakirə mövzusu olaraq qalır. Aydın görünür ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesi ilə bağlı addımları diqqətlə izləyir. Əlbəttə ki, bu, münaqişənin həlli istiqamətində ölkə vətəndaşlarını maraqlandıran ən birinci məsələdir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Sona Əliyeva deyib.
Deputat bildirib ki, yanvarın 15-də keçirilən Paris görüşündə nazirlər “xalqların sülhə hazırlanması” ilə bağlı razılığa gəlmişdi və bu, münaqişənin həlli üçün konkret addımların başlanğıcı hesab olunurdu:
"Çətin bir proses olmağına baxmayaraq, Azərbaycan tərəfi bu məsələ ilə bağlı addımlar atmağa, sülh şəraitində münaqişənin həlli istiqamətində bütün öhdəlikləri yerinə yetirməyə hazır idi.
Bəs, nə baş verir? Azərbaycan tərəfinin səylərinə baxmayaraq, hələ də Ermənistan tərəfi konstruktiv danışıqlara getməyə və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Halbuki Düşənbədə əldə olunan razılığa əsasən, tərəflər təmas xəttində sabitliyi təmin etməli idilər. Əksinə, Vaşinqton görüşündən əvvəl qoşunların təmas xəttində ermənilərin təxribatı nəticəsində Azərbaycan zabiti şəhid oldu, daha sonra iyunun 9-da daha bir şəhid verdik, üstəlik erməni tərəfi bu cinayəti törədənə medal verdi.

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi təlimlər keçirməyə başladı. Bunlarla bərabər, Füzuli istiqamətində təlim uçuşları keçirən Azərbaycanın aviasiya vasitələrinə uğursuz hücum cəhdi olundu. Həmçinin Vaşinqton görüşündən bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın “müharibə hələ bitməyib” açıqlaması isə onu deməyə əsas verir ki, Paşinyan beynəlxalq təşkilatlar qarşısında tamamilə başqa performans göstərir. Eyni zamanda o, hərbi təxribat yolu ilə vəziyyəti gərginləşdirmək, danışıqlar prosesini pozmaq və ya başqa istiqamətlərə yönləndirmək siyasəti yürüdür".
S.Əliyeva qeyd edib ki, artıq uzun illərdir beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan BMT-nin qətnamələrini, digər beynəlxalq təşkilatların verdiyi bəyanatları görməzdən gəlir və sülh çağırışlarını qulaqardına vurur:
"Üstəlik münaqişənin nizamlanması ilə əlaqədar son görüşlərdə Ermənistanın qeyri-müəyyən davranışları, danışıqların mahiyyətinə əks manevrlər etməsi riyakarlıqdan və həyasızlıqdan başqa bir şey deyil. Hər bir halda Ermənistan tərəfi anlamalıdır ki, mövcud status-kvonu saxlamaq və vaxt qazanmaq onun xeyrinə deyil. Çünki zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycan hər keçən gün siyasi və iqtisadi nüfuzunu artırır. Üstəlik Ermənistanın daxili siyasətində olan qeyri-stabillik və gərginlik davam edir. Təcrübəsiz və hesablanmamış qərarlar Dağlıq Qarabağdakı qondarma rejimlə mövcud iqtidar arasındakı münasibətləri daha da gərginləşdirir.
Hər bir halda qondarma Dağlıq Qarabağ rejiminin tərəf kimi danışıqlarda iştirakı mümkünsüzdür. Bu istiqamətdə qarşı tərəfin uğursuz cəhdləri danışıqların faktiki strukturunu dəyişmədi. Lakin Minsk qrupunun təşkilatçılığı ilə baş tutan görüşlərdə də Ermənistanın iküzlü davranışları əsaslı danışıqlara, münaqişənin nizamlanmasına imkan vermir. Sözdə bir, əməldə başqa olan işğalçı dövlət öz erməni xislətindən və mənfur niyyətindən əl çəkə bilmir. Buna baxmayaraq, Azərbaycan tərəfi öz mövqeyində israrlıdır, bu münaqişə istər hərb, istər sülh yolu ilə yalnız ərazi bütövlüyümüzün təmin olunması şərtilə həll olunmalıdır".




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
22.07.2019
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info