KOBİA Oğuzda sahibkara dəstək göstərib
Tarix: 02.07.2019 | Saat: 12:12:00 | E-mail | Çapa göndər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Qəbələ-Oğuz “KOB Dostu” tərəfindən Oğuz rayonunda sahibkar Sənan Hacıbabayev tərəfindən yaradılmış “Erkam” əmtəə nişanı ilə məhsullar istehsal edən tikiş sexinin sənədləşdirilməsinə və mühasibatlığın milli mühasibat uçotu qaydalarına uyğunlaşdırılmasına dəstək göstərilib.
KOBİA-dan bildirilib ki, Qəbələ-Oğuz “KOB Dostu” müəssisənin sənədləşdirilməsinə dəstək olmaqla yanaşı, həm də sahibkarın öz işini Oğuz rayonunda qurmasını təşviq edib. Əvvəllər Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Hacıbabayev “KOB Dostu”nun təşviqi və dəstəyi ilə Oğuz rayonunun Xaçmaz qəsəbəsində 22 qadının çalışdığı tikiş sexini yaradıb. Bununla da dövlət-özəl tərəfdaşlığı çərçivəsində regionda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni müəssisənin yaradılmasına və məşğulluğun artırılmasına dəstək göstərilib.
Qeyd edək ki, KOBİA-nın ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstəklər göstərilir. Bu istiqamətlər üzrə KOB-lar Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info