Kazanda Qızıl Ordanın 750 illiyi ilə bağlı görüş təşkil olunub
Tarix: 02.07.2019 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Tatarıstan Respublikasının ``Vısokiy Qora`` rayonunda yerləşən ``Iske Kazan`` dövlət ``Tarixi mədəniyyət və təbiət qoruğu`` muzeyində tarixçilərin, ictimai xadimlərin `Qızıl Ordanın 750 illiyi ilə əlaqədar görüşü təşkil olunub. Görüşə bir sıra türk dövlətlərindən qonaqlar dəvət ediliblər. Bu tədbirdə Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının prezidenti Sərraf Kərimov da fəxri qonaq kimi iştirak edib. O, tədbirdə çıxış edərək Azərbaycan -Tatarıstan respublikaları arasındakı dostluğun, xoş münasibətin yüksək səviyyədə olması haqda danışıb: “Rusiya dövlətinin tarixinə və Tatar xalqının tarixinə böyük hörmətim var. Bu il Qızıl Orda 750 illik yubileyini qeyd edir. Qızıl Ordanın mövcudluğu dövründə ölkə iqtisadiyyatı, maliyyə sistemi, infrastrukturu, sivilizasiyası və ordusu inkişaf etdirildi. Qızıl Orda bizim ümumi mədəni və tarixi irsimizdir. Bu gün, hər kəs inteqrasiya və qloballaşma ehtiyacları barədə danışarkən belə bir təcrübəni xatırlamaq lazımdır”.
Təşkilat rəhbəri deyib ki, 1991-ci ildə müstəqilliyinin bərpası ilə Azərbaycan Respublikası müasir türk dövlətləri, eləcə də Türkdilli Şuranın, Türk Dövlətləri Birliyi və digər təşkilatlarla sıx əməkdaşlıq edir. Xatırladım ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Azərbaycanda (Naxçıvan) yaradılıb. Bakıda, 1998-ci ildə Türkdilli ölkələrin Parlament Assambleyası yaradılmışdır. Türkdilli ölkələrin və təşkilatların inteqrasiyası və qarşılıqlı anlaşmanın genişləndirilməsi sahəsində mühüm vəzifə bugünkü forumdur”. Tədbir sonrası tarixi yerlər ziyarət edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info