Region gəncləri arasında vətənpərvərliyin təbliğatı aparılır
Tarix: 02.07.2019 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


“Gənclərin Həmrəyliyi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mailiyə dəstəyi ilə “Azərbaycan regionlarında gənclər arasında vətənpərvərliyin təbliği adlı tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Sabirabad rayon Gənclər Evində reallaşıb. Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov çıxış edərək bildirib ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə 220 Sabirabad sakini qəhrəmancasına həlak olub. Onlardan 2 sabirabadlı milli qəhrəman adına layiq görülüb.
Daha sonra çıxış edən layihə rəhbəri Zülfiyyə Nuriyeva layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi torpaqlarımız uğrunda canından keçən oğullarımızın qəhrəmanlıqlarının təbliğ olunmasıdır.
Digər çıxışçılar Qarabağ müharibəsi veteranları Faiq Hüseynov, Rəhman Bağırzadə, İslam Aslanov keçdikləri döyüş yolundan danışaraq vətəni müdafiə etdiklərindən qürur duyduqlarını tədbir iştirakçılarına çatdırıblar.
Sonda qəhrəmanlar haqqında video-çarx nümayiş olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info