ANKA Azərbaycan Rəqs və Sənət Klubunun rəhbərliyi Fəthiyyə bələdiyyəsində olub
Tarix: 02.07.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Türkiyənin Ankara şəhərində yerləşən “ANKA” Azərbaycan Rəqs və Sənət Klubu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli bir işə imza atan Fəthiyyə bələdiyyə sədri Alim Karacanı ziyarət edib. Bu barədə “Palitra”ya adı çəkilən klubun rəhbəri, Türkiyə Xalq Rəqsləri Federasiyasının, eyni zamanda Dünya Rəqs və Dünya Folklor Federasiyalarının Azərbaycan təmsilçisi Derya Akdemir məlumat verib. Derya Akdemir bildirib ki, ötən ay Ankarada 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş beş ölkənin iştirak ilə keçirdiyimiz “Bir ürəkdə iki can” adlı mədəniyyət və incəsənət festivalına çox hörmətli bələdiyyə sədrimizi dəvət etsək də, işlərinin çoxluğundan dolayı iştirak edə bilməmişdi: "Biz də fikirləşdik ki, bələdiyyə sədrimiz Alim Karacanı ziyarət edək, ona Türkiyə - Azərbaycan munasibətlərini inkişaf etdirmək baxımından önəmli saydığımız işlərindən dolayı Azərbaycan adından öz təşəkkürümüzü bildirək. Həm də bu ziyarət sayəsində tədbirimizdə hörmətli bələdiyyə sədrimizin adına hazırlatdırdığımız plaketi də təqdim etmiş olduq. Düşünürəm ki, bu sayədə Ulu öndər Heydər Əliyevin də dediyi kimi “bir millət iki dövlət” olan ölkələrimiz arasında qardaşlıq əlaqələri artan inkişaf tempi üzərində davam edəcəkdir".
Öz növbəsində Fəthiyyə bələdiyyə sədri Alim Karaca da Azərbaycan – Türkiyə münasibətlərinin inkişafı baxımından bundan sonra da əlindən gələni əsirgəməyəcəyini vurğulayıb və bu mənalı ziyarət üçün “ANKA” Azərbaycan Rəqs və Sənət Klubuna öz təşəkkürunu bildirib. Görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa catıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info