Qaqauziyada Türkiyə-Rusiya ittifaqı qələbə qazandı
Tarix: 02.07.2019 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Ankara və Moskvanın dəstəklədiyi İrina Vlax seçicilərin 92 faizinin səsini qazanaraq yenidən muxtariyyətin başçısı seçilib


Moldovadakı Qaqauz Muxtariyyətinin rəhbəri postuna referendum keçirilib. Seçicilərin 92 faizi İrina Valxın yenidən muxtariyyətin başçısı seçilməsinə səs verib. İrina Vlax “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, yerli sakinlər seçki qabağı elan olunan proqrama, sosial layihələrə və Rusiya və Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə səs veriblər. Türkdilli pravoslavlar olan qaqauzlar Rusiya və Türkiyə ilə yaxşı münasibətlər qura biliblər.
Muxtariyyətdə istehsal olunan bütün məhsullar rahat şəkildə Rusiya bazarlarında satılır. Türkiyə investisiyalarının və yardımlarının sayəsində Qaqauziyada Moldovanın özündən də yaxşı su kəmərləri, yollar və birgə müəssislər var. İrina Vlax ikinci dəfə bu posta seçilir. İlk dəfə keçirilən seçkidə xanım Vlax bu qədər səs toplaya bilməmişdi. 91,93 faiz səs toplamaq o deməkdir ki, Qaqauz Yerinin (Qaqauz torpağı) bütün seçiciləri İrina Vlaxa səs verib. Muxtariyyətin lideri bildirib ki, seçkilərin nəticəsi əhalinin onun komandasına etimadının göstəricisidir: “Biz seçki zamanı nə vəd etmişdiksə, hamısına əməl etdik. Əsas diqqəti sosial layihələrə yönəltmişdik. Nə vəd etdiksə, hamısını inşaa etdik”. Vlaxın proqramında Rusiya ilə münasibətlərin inkişafı əsas yerlərdən birini tutur. Qaqauzlar 2014-cü ildə keçirilən referendumda Rusiya ilə münasibətlərin inkişafına səs veriblər. Qaqauz lideri bildirib ki, Moldovanın əvvəlki hakimiyyəti onun səlahiyyətlərini azaltmaqla məşğul olub: “Vladimir Plaxotnyukun rəhbərlik etdiyi Demokratlar Partiyası muxtariyyətin səlahiyyətlərini azaltmaqla məşğul idi. Biz yeni parlament çoxluğunu alqışlayırıq və Maya Sandunun rəhbərlik etdiyi hökuməti dəstəkləyirik. Mən Qaquzların lideri kimi Moldova hökumətinin üzvüyəm. Seçki prosesinə başım qarış olduğundan yeni hökumət başçsı və üzvlərlə tanış olmamışam. Əminəm ki, birlikdə uğurla işləyəcəyik”.
Vlax deyib ki, onu ilk təbrik edən Moldova dövlət başçısı İqor Dodon olub. Moldova dövlət başçısı onu təbrik etmək üçün şəxsən paytaxt Komrata gəlib. Nəticələrin elan olunmasından sonra isə Rusiya baş nazirinin müavini, Rusiya dövlət başçısının Moldova ilə ticarət-iqtisadi əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi Dmitriy Kozak və Türkiyənin xarici işlər naziri Çavuşoğlu telefon edərək Vlaxı təbrik ediblər. Vlax hər iki dövlət rəsmisi ilə onların öz dilinə danışıb. Rus məktəblərinin olduğu Qaqauziyada hər kəs rus dilində danışa bilir. Qaqauziyaya gələn türklər isə bildirir ki, onların danışdığı dil türklərin ata-baba dilidir. Türk dilini bilmək qaqauzlara Türkiyə ali məktəblərində pulsuz oxumaq imkanı yaradır. Qaqauz məktəblərini bitirən şagirdlər ali təhsili ya Rusiyada, ya da Türkiyədə alır. Muxtariyyət hər iki ölkə ilə iqtisadi münasibətləri inkişaf etdirir. Rusiya Moldova şərablarına məhdudiyyət tətbiq edən zaman bu, qaqauzlara şamil edilmədi. “Bizim Rusiya ilə heç zaman problemimiz olmayıb. Rusiya regionları biz nə təklif ediriksə, hamısını alırlar. Əvvəlki hakimiyyətin dönəmində Moldova-Rusiya hökumətlərarası komissiyası işləmirdi. Amma indi komissiya işini bərpa edib və bütün problemlər orada həl olunacaq. Yeni parlament və hökumət eyni vaxtda həm Avropa İttifaqı, həm də MDB ilə münasibətləri inkişaf etdirməyin tərəfdarıdır” - deyə Vlax deyib. Bir məqamı da xatırladaq ki, hazırda Moldova hökumətində təmsil olunan qadınların sayında artım var. Belə ki, parlamentin spikeri, baş nazir və hökumətdəki 12 nazirdən 6-sı qadındır. Buraya qaqauzların lideri xanım Vlaxı da əlavə etsək bu gün Moldovanı idarə edənlər arasında qadınlar çoxluq təşkil etdiyi ortaya çıxır.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info