Sabunçu rayonundan olan çağırışçılar hərbi xidmətə yollanıblar
Tarix: 02.07.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


İyulun 2-də Bakı şəhəri Nardaran qəsəbəsində Sabunçu rayonundan olan çağırışçı gənclərin müddətli hərbi xidmətə təntəli surətdə yolasalma mərasimi keçirilib.
Çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon idarəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, ağsaqqallar, valideynlər və gənclər yola salıblar.
Tədbirdə SHXÇDX-nin Sabunçu rayon idarəsinin rəisi, polkovnik-leytenant Çingiz Kiçibəyov həqiqi hərbi xidmətə yola düşən çağırışçılara uğurlar diləyib, hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çağırışçıları həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək ölkəmizdə hərb quruculuğunda qazanılan uğurlardan, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb.
Valideynlər adından danışan Azər Həsənli övladlarının hərbi xidmətə yola düşməsindən böyük qürur hissi keçirdiklərini diqqətə çatdırıb, çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Tədbirdə çıxış edən çağırışçı Hacıəli Bəhramov Silahlı Qüvvələr sıralarında ləyaqətlə hərbi xidmət keçməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla müqəddəs vəzifələrini məsuliyyətlə yerinə yetirəcəklərini bildirib.
Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info