Qusarda tanınmış jurnalistlə bağlı sənədli filmin təqdimatı olub
Tarix: 02.07.2019 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Bu gün Qusar rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ərsəyə gəlmiş, tanınmış jurnalist və publisist Nəbi Rzayevin həyatından bəhs edən “Yaşamaqdan doymayanlar” sənədli filminin təqdimat mərasimi keçirilib.
Toplantını giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev açaraq Qusarda yaşamış və fəaliyyət göstərmiş jurnalist N.Rzayevin rayonun tanınmış ziyalılarından, söz adamlarından biri olduğunu vurğulayıb. N.Rzayevi peşəsi üçün fədakarlıq nümunəsi kimi dəyərləndirən E.Mustafayev bildirib ki, mərhum jurnalistin həyat və yaradıcılığından bəhs edən sənədli film onun ruhuna olan böyük ehtiram, əməyinə verilən müstəsna qiymətdir. O, ekran işinin ərsəyə gəlməsinə kömək göstərənlərə təşəkkürünü yetirib.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ömrünü-gününü jurnalistika peşəsinə, söz sənətinə sərf etmiş qələm adamları ilə bağlı sənədli filmlər çəkdiyini diqqətə çatdırıb. Bu baxımdan o, Qusar torpağının yetirməsi olan N.Rzayevlə bağlı ekran işinin də kifayət qədər uğurlu alındığına əminliyini ifadə edib. “Belə düşünmək üçün əsaslarımız var. Çünki Nəbi Rzayevin həyatı həqiqətən də örnəkdir. Məhdud fiziki imkanlarına və hər zaman Qusarda – şəhər mühitindən kənarda yaşamasına baxmayaraq, Nəbi bütün stereotipləri alt-üst etmiş şəxsiyyət idi. O, istedadın necə böyük qüvvə olduğunu, heç bir sərhəd tanımadığını isbatlaya bilmişdi. Oçerkləri, məqalələri, esseləri bu dəyərli qələm sahibini respublikaya sevdirmişdi. Neçə-neçə sənət adamları, xalq artistləri, əməkdar artistlər Qusara gələrkən hər zaman Nəbi Rzayevi ziyarət edirdilər. Belə bir ehtiramı jurnalistə sənəti qazandırmışdı. Sənətini hədsiz sevirdi. Nəbi həyatı, yaşamağı da inanılmaz coşqu və ruh yüksəkliyi ilə sevirdi. Hesab edirəm ki, təqdimatına toplaşdığımız bu sənədli filmdə bunu göstərə bilmişik”, - deyən Ə.Amaşov tədbirin təşkilinə həssas yanaşıldığı üçün Qusar Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürünü bildirib.
Çıxışlardan sonra “Yaşamaqdan doymayanlar” sənədli filmi nümayiş olunub. Qeyd edək ki, N.Rzayev Qusar rayonunun Həsənqala kəndində anadan olub. Uşaq vaxtı düzgün edilməyən müalicədən sonra ömrünün axırınadək əlil həyatı yaşayıb. Buna baxmayaraq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ömrünün sonunadək Qusarda yaşayıb. Məqalələri, oçerkləri və hekayələri ölkənin ən nüfuzlu mətbuat orqanlarında işıq üzü görüb. Yaradıcılığı ona bütövlükdə Azərbaycan cəmiyyətində, sənət cameəsində hədsiz populyarlıq qazandırıb. “Yaşamaqdan doymayanlar” sənədli filmində bu kimi məqamlardan, eyni zamanda N.Rzayevin ömür-gün yoldaşı Nazilə xanım fədakarlığından söz açılıb. Onu da qeyd edək ki, “Yaşamaqdan doymayanlar” sənədli filminin ssenari müəllifi tanınmış jurnalist və publisist Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyeva, operatoru Rüstəm Paşadır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info