Azərbaycanın Müdafiə naziri Anatoli Davidoviçin anasını ziyarət edib
Tarix: 02.07.2019 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin anasının müalicəsinə dair bütün xərcləri Azərbaycan tərəfi öz üzərinə götürüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Belarusda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 2-də Minskdəki şəhər klinik xəstəxanasında müalicə alan Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin anası xanım Kima Davidoviçi ziyarət edib.
K.Davidoviçin səhhəti və müalicə prosesi ilə maraqlanan Müdafiə naziri gül dəstəsi və Azərbaycandan gətirilən sovqatı ona təqdim edərək tezliklə sağalmasını arzulayıb. Xəstəxananın baş həkimi və müalicəni həyata keçirən tibbi personalı ilə görüşən Müdafiə naziri K.Davidoviçin müalicəsinə dair bütün xərclərin Azərbaycan tərəfinin öz üzərinə götürdüyünü bildirib. Çay süfrəsi arxasında söhbət zamanı Milli Qəhrəman mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu bir daha qeyd edilib. Qəhrəmanın anası onu ziyarət edərək səhhəti ilə maraqlandığına və oğlunun xatirəsinə göstərilən ehtirama görə Azərbaycanın Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
28.01.2020
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28.01.2020
Müxalifətin “mühacir alveri” gündəmdən düşmür
28.01.2020
Mixail Qusman: İslahatlar kursunun yenilənmiş parlamentə ehtiyacı var
28.01.2020
“Parlament diplomatiyası ölkələr arasında etimad yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info