Müxalifəti parçalayan kimdir?
Tarix: 02.07.2019 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Müxalifət daxilində çaxnaşma, mövqe və birincilik savaşı uzun illərdir ki, davam edir. Xüsusən də, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri Əli Kərimli müxalifətdə olan bir sıra partiya rəhbərləri ilə zaman-zaman söz savaşına çıxaraq, cəbhəçilərlə digər partiya təmsilçilərinin vahid məxrəcə gəlmələrinə mane olub.
Əli Kərimlinin indi də bu istiqamətdə fəallıq göstərib “qara-qura” işlərlə məşğul olduğunu demək olar. Adətən, belə sözatmalar, mövqe savaşları seçki ərəfəsində və ya elə seçkilər vaxtı olurdusa, indiki halda, 2019-cu il başlayandan AXCP rəhbərinin bu mənada aktivləşməsini anlamaq olmur. İlin əvvəlində ReAl Partiyasının rəhbərinə qarşı meydan açan Əli Kərimli mühacirlərlə də yola getmədiyini müəyyən siyasi gedişlərlə göstərmiş oldu. Mühacirlərin də ənənəvi müxalifəti qəbul etməmələrini nəzərə alsaq, bu xəmirin hələ çox su aparacağını demək olar.
Təsadüfi deyil ki, mühacirətdə olan ənənəvi müxalifət nümayəndələrindən sayılan Qurban Məmmədovun da Əli Kərimli ilə ulduzu barışmır və iyulun 1-də Sevinc Osmanqızının verilişində qonaq olan Əli Kərimli onun xaricdəki fəaliyyəti ilə bağlı məsələyə tikanlı və kinayəli münasibət bildirib. Zatən Qurban Məmmədovun nə Əli Kərimlidən, nə də onun media üzrə “sağ əli” sayılan Qənimət Zahiddən xoşu gəlmirdi, xaricə köçdüyü ilk vaxtlardan onlarla əməkdaşlığa can atsa da qarşı tərəf-Qənimət Zahid rədd cavabı vermişdi. Bundan başqa, Qurban Məmmədovu ən çox yandıran məsələ isə bu olurdu ki, tez-tez onun haqqında cəbhəçilər “agent”, “hökumət adamı” və s. ittihamlar səsləndirirdilər. Bu mənada o, Əli Kərimlini və komandasını, eləcə də “milli şura”dakıları ifşa edəcəyini dəfələrlə bildirib və əsl agentlərin məhz Qənimət Zahidlər, Əli Kərimlilər olduğunu deyib. Maraqlıdır, İlqar Məmmədov, Müsavat başqanı olmuş İsa Qəmbər, Qurban Məmmədov və digər adını çəkmədiyimiz siyasətçiləri qəbul etməyib onlara “agent”, yalançı müxalifət və s. damğası vuran adam-Əli Kərimli özü bəs necə, normal qaydalarla mübarizə apara bilirmi? Hamını özündən uzaqlaşdıran şəxs müxalifət adına normal işlər görüb, lider kimi görünə bilərmi? Əlbəttə, yox. Əli Kərimlinin mühacirlər haqqında sözatmaları, tez-tez işlətdiyi soyuq ifadələrin qarşılığında mühacirlərdən onun ünvanına sərt ifadələr gəlmir. Bu da bir daha onu göstərir ki, müxalifət daxilində çəkişmə olsa da, Qərbə bağlı olan bu müxalif qüvvələri idarə edən gizli əl son anda onların daxili mübarizəsini kəskin, söyüşlər dərəcəsində olan həddə gəlib çıxmasına qoymur.
Digər ortada olan fakt isə budur ki, müxalifət adına lider iddiasında olan Əli Kərimli “palçıq atmaq” yarışına yalnız yeni siyasi qüvvələrlə-mühacirətdə olanlarla deyil, ənənəvi müxalifətdə olanlarla da davam edir. Elə son günlərdə baş vermiş maraqlı olayı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəhbəri Mirmahmud Mirəlioğlunun Əli Kərimli haqqında olan açıqlamasını da bu sıraya daxil etmək olar. O, Elçibəyin məzarı önündə özünü “təmiz siyasətçi” kimi təqdim edənləri tənqid edərək, Əli Kərimlinin də bostanına daş atdı. “Yurd”un yaradılmasından tutmuş, digər xəyanətkar addımlara qədər olan siyasi proseslərdən danışan KXCP sədri “Əli Kərimli Əbülfəz Elçibəyi AXCP sədri postundan uzaqlaşdırmaq istəyirdimi? Əgər istəyibsə, buna niyə nail ola bilməyib?” sualına belə cavab verib:
“Bəyi uzaqlaşdırmaq mümkün deyildi. Amma onlar özləri uzaqlaşıb gedib “Yurd” partiyasını yaratmaq istəyirdilər. 1998-ci ildə yanvar ayının 30-31-də, AXCP-nin Elçibəyin iştirak elədiyi sonuncu qurultayından sonra artıq bu istiqamətdə işlər görülürdü. Bunların da hamısı tarixdə var. “Xalq Cəbhəsinin Yurd Həqiqətləri” adlı kitabda da bu haqda var. May ayında onlar “Yurd” partiyasını yaradacaqdılar. Məsləhət oldu ki, ayrılmasınlar, burda qalmaqları yaxşıdır. Elçibəy "bir əli mənim əlimdədir, bir əli Heydər Əliyevin. İstəyirsiz mən əlimi buraxım, getsin ikiəlli Heydər Əliyevdən yapışsın?” sözlərini mənəmi deyib? Elçibəyin "əlimi çəkərəm sənin kürəyindən, səni məhv edərlər” sözləri də mənə deyilməyib. Bütün bu məsələlərin hamısı tarixdə var”.
Bütün bunlar bir daha onu göstərir ki, müxalifət daxilində olan gərginlik, çaxnaşma və uçurum get-gedə daha da dərinləşir. İstər mühacirlərin köhnələri qəbul etməməsi, istərsə də köhnələrin yenilərlə bir araya gəlmək istəməmələri və ortada “agent”, satqın, xəyanətkar, “Elçibəyin düşməni” damğalarının hələ də aktual olması müxalifətin yaxın gələcəkdə daha da zəifləyəcəyindən xəbər verir. İndiki halda olan aktivlik cəhdləri, müxalifətdə “daha güclü olan mənəm” şousu yeni maddi mənbələr-qrant axtarıb tapmağa hesablanıb...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info