Dağlıq Qarabağ münaqişəsinin uzanması Ermənistanda gərginliyi artırır
Tarix: 02.07.2019 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Ermənistanda ictimai-siyasi, sosial vəziyyət gündən-günə gərginləşir. Ölkədəki gərginlik sosial partlayış həddinə çatıb. Bütün bunların da əsas səbəbi Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsini uzatmasıdır. Nə qədər ki, münaqişə belə davam edir, Ermənistanda sabitliyin olması qeyri-mümkündür. “Məxməri inqilabdan sonra baş verəcək “məxməri çəkişmələr”. Ermənistanın Abovyan şəhərinin meri vəzifəsi uğrunda mübarizədə məğlub olmuş iqtidar partiyasından olan deputat Sasun Mikaelyanın bu sözlərini şərh edən politoloq Armen Badalyan qeyd edib ki, Paşinyan hökumətinin daxilində çəkişmələr getdikcə artır. Bu isə, onun fikrincə, baş nazirin tərəfdarlarının bir çoxunun siyasətdən kənarda qalması ilə nəticələnəcək.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, erməni politoloq “məxməri inqilab”ın Ermənistanda kriminal oliqarxların kənarlaşdırılması və bir adamın hakimiyyətinin bərqərar olması ilə nəticələndiyini bildirib. Onun sözlərinə görə, Paşinyanın özü də partiyasının heç bir ideoloji əsaslara söykənmədiyini etiraf edib. Bu isə, öz növbəsində, yüksək vəzifələrə təyinatların baş nazirə yaxınlıq prinsipi ilə həyata keçirilməsinə səbəb olur. Politoloq hesab edir ki, bu cür şəraitdə hakimiyyətdaxili mübarizənin güclənməsi labüddür.
Erməni politoloq yaranmış vəziyyətin daha bir təhlükəli nüansını diqqətə çatdırıb. Belə ki, Paşinyanın ölkənin rayonlarında olan bəzi tərəfdarları həm yüksək nüfuza, həm də silahlı dəstələrə malikdirlər. O, buna misal olaraq Kotayk rayonunda “Yerkrap” könüllülər ittifaqı adlanan hərbiləşdirilmiş strukturun başçısı həmin Sasun Mikaelyanı göstərib. Badalyan hesab edir ki, bu cür adamların hakimiyyətdən kənarda qalması baş nazir üçün təhlükə törədəcək.

Ermənistanda korrupsiya bütün ölkəni əhatə edib
Ermənistanda hakimiyyətin idarəolunmaz vəziyyət gəlməsi korrupsiyaya meyilliyi də artırıb. Ermənistanın baş prokuroru yanında komissiya 2018-ci ilin yanvarından 2019-cu ilin iyunundakı sosial təminat sistemində olan korrupsiya hallarını təhlil edib. Həmin dövrdə sosial təminat idarələrində rüşvət halları ilə bağlı 166 cinayət işi qaldırılıb. Təhlil göstərib ki, korrupsiya bütün ölkəni əhatə edib.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, prokurorların məlumatına görə, bir sıra vətəndaşları sosial müavinət almaq üçün rüşvət veriblər. Bundan başqa, yüzlərlə insan bu siyahılara daxil edilib, lakin özlərinin bundan xəbəri olmayıb. Onların əvəzinə sosial müavinətləri sosial təminat xidmətlərinin əməkdaşları alıblar. Korrupsiya əməllərində vilayət administrasiyalarının əməkdaşları, şəhər meriyalarının sosial təminat şöbələrinin ərazi idarələrinin rəisləri və aparıcı mütəxəssisləri, poçt şöbələrinin rəhbərləri də iştirak ediblər. Qaldırılmış cinayət işləri çərçivəsində 249 nəfərə qarşı ittiham irəli sürülüb, 41 nəfərin işləri isə məhkəmələrə göndərilib. Artıq sosial təminat şöbələrinin 33 məmuru məhkum olunub. Dövlətə vurulan zərərin ümumi məbləği 1,6 milyon dollardır. İndiyədək 291 min dollar məbləğində vəsait geri qaytarılıb.
Yeri gəlmişkən, “Newtimes.az” saytı Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə yenidən görüşü haqda məqalə dərc olunub olub. Yazıda qeyd olunur ki, KİV danışıqların məzmunu barədə informasiyalar yayıb: “Lakin erməni tərəfinin qərəzli olaraq bir sıra məqamları təhrif etdiyi də müşahidə olunur. Hiss olunur ki, İrəvan mövqeyini məntiqi müdafiə etmək imkanını itirir. O, ya Azərbaycan tərəfinin fikirlərini yanlış təqdim edir, ya da özündən müxtəlif yalanlar uydurur. Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək əvəzinə, mövcud vəziyyəti əbədiləşdirməyə çalışır. Təbii ki, bunun heç bir perspektivi yoxdur. Gec-tez işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılacaq. Vaşinqton müzakirələrinə bu kontekstdə yanaşdıqda, onun bir sıra məqamları üzərində dayanmağa ehtiyac duyulur. Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin ABŞ-a səfəri və orada keçirdikləri görüşlər KİV-də müzakirə olunmaqdadır. Kontekst aydındır: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli perspektivləri və həmin bağlılıqda Amerika-Azərbaycan, Amerika-Ermənistan münasibətlərinin müxtəlif aspektləri. Həmişə olduğu kimi, bu məsələlərə Ermənistan və Azərbaycan KİV-ləri fərqli izahlar verirlər. Onlar demək olar ki, bir-birindən tam fərqlənirlər. Bəs həqiqət nədən ibarətdir?”

“Əgər danışıqlarda buna nail olunmasa, Azərbaycan alternativ üsuldan istifadə edəcək”
Yazıda qeyd olunur ki, bu cür fərqli izahların olmasında Amerika tərəfinin və həmsədrlərin mövqeyini konkret və qətiyyətlə ortaya qoymamasının rolu vardır: “Belə ki, Vaşinqton da daxil olmaqla, həmsədrlər ümumi frazalarla kifayətlənir və daha çox münaqişə edən tərəflərə "ümumi məsləhətlər" verməklə məşğuldurlar. Üstəlik, təcavüzkara yardım edirlər. Bu yardım maliyyə, siyasi, ideoloji, hərbi, iqtisadi və s. xarakterlidir. Belə şərtlər daxilində işğalçı həqiqəti qəbul edərmi, zəbt etdiyi başqa dövlətin torpaqlarından çıxarmı? Qətiyyən inandırıcı deyil. Bəs onda harada və kiminlə danışmağın mənası nədir?
Məsələnin əsl mahiyyəti də bundan ibarətdir və Vaşinqtondakı müzakirələrə də həmin prizmadan baxmaq lazım gəlir. Bu cür danışıqlar lazımdır. Çünki həmin danışıqlarda tərəflərin mövqeləri aydınlaşır, konkretləşir və elə bir mərhələ gəlir ki, artıq hərəkət etməkdən başqa yol qalmır. Azərbaycanın Xarici İşlər naziri də Vaşinqtondakı müzakirələri məhz bu kontekstdə təqdim edir. Azərbaycan tərəfinin arqumenti ondan ibarətdir ki, artıq danışıq xatirinə danışmaq zamanı deyil. Alınan qərarlar yerinə yetirilməli, məsələn, BMT-nin dörd qətnaməsi həyata keçirilməlidir. O cümlədən, Vyana, Moskva və indi Vaşinqton görüşlərində əldə edilən razılıqlar praktikada reallaşmalıdır. Təəssüf ki, hər şey baş verir, yalnız bu praktiki reallaşma baş vermir. Vaşinqton müzakirələri də məsələnin bu tərəfinə aydınlıq gətirmədi.
Bu məqamı ekspertlər də təsdiq edirlər. Ümumiyyətlə, vəziyyətə hansısa konkretlik gətirilməyib. Azərbaycan tərəfi danışıqların davam etdirilməsində qətiyyətli mövqeyini bir daha vurğulayıb. Xüsusən də Ermənistanın müdafiə nazirinin təxribatçı və səviyyəsiz qərarının fonunda belə müzakirələri aparmağa rəsmi Bakının hazır olduğu vurğulanıb. Bu xeyirxah missiyanı Ermənistan XİN və KİV-ləri yenə də çox qərəzli və zərərli aspektdə təqdim etməyə çalışıb. Ermənistan XİN bəyanat yayıb ki, Azərbaycanın Xarici İşlər naziri danışıqların formatından kənara çıxan fikir bildirib. Hətta guya burada cəbhə bölgəsində hərbi təxribatların törədilməsinə "yaşıl işıq" yandıran məqamlar da var. Guya Ermənistan, ümumiyyətlə, cəbhə xəttində təxribatın olmasını qəbul etmir. Tamamilə ağ yalandır və azərbaycanlı zabiti məhz ermənilər qətlə yetirdilər. Ondan boyun qaçırmağa çalışmaq işi görməmək anlamına gəlmir”.
Məqalədə bildirilir ki, Vaşinqton müzakirələri daha çox ümumi xarakterli olub və heç bir razılıq əldə olunmayıb: “Vurğulanan məqamlar onu ifadə edir ki, Amerika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dinamikası yüksək səviyyədədir və bu, davam edəcək. Ancaq belə bir vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin həllində kimsənin rəsmi Bakıya təzyiq göstərə bilməsi anlamına gəlmir. Bu, ümumiyyətlə, mümkün olan iş deyil. Həm də Azərbaycanın güzəşt limiti yoxdur: ərazilər işğal olunub və işğalçı oradan çıxmalıdır. Əgər danışıqlarda buna nail olunmasa, Azərbaycan alternativ üsuldan istifadə edəcək. Bu onun təbii haqqıdır! Bu baxımdan Vaşinqton müzakirələri heç nəyi dəyişməyib”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib
10.07.2019
“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info