Erməni politoloqdan xəbərdarlıq: “Ermənistanın xariclə əlaqəsi təhlükə altına düşəcək”
Tarix: 03.07.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Qrant Məlik-Şahnazaryan: “Rusiya-Gürcüstan münasibətlərinin kəskinləşməsi Ermənistan üçün fəsadlar törədəcək”

“Gərgin vəziyyət Ermənistan üçün həyati önəm kəsb edən yolun təhdid altına düşmə nöqtəsinə yaxınlaşır”

Son iki həftə ərzində Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin daha da kəskinləşməsinə diqqət çəkən erməni politoloq Qrant Məlik-Şahnazaryan etiraf edib ki, bu vəziyyət ölkəsi üçün fəsadlar törədəcək.
Erməni politoloq hesab edir ki, iki ölkə arasındakı yaranan gərgin vəziyyət Ermənistan üçün həyati önəm kəsb edən yolun təhdid altına düşmə nöqtəsinə yaxınlaşır. Bununla da Ermənistanın xariclə əlaqəsi təhlükə altına düşəcək. Rəsmi İrəvanın həyati maraqlarını qorumaq naminə tərəflər arasındakı münaqişənin həlli üçün heç bir təklif ortaya qoymadığını dilə gətirən erməni politoloq məkrli xislətini də ortaya qoymağı unutmur: “Bu gün Rusiya-Gürcüstan münaqişəsinin mümkün qədər uzun müddət davam etməsində maraqlı olan ölkələr var. Onlar, əlbəttə ki, bu yolla öz problemlərini həll etməyə çalışırlar”. Qrant Məlik-Şahnazaryan bunları deyərkən, ilk olaraq Türkiyə və Azərbaycanın adını çəkir. Ancaq o, Azərbaycanın adını çəkərkən ölkəmizin bütün sahələrdə qazandığı uğurların Ermənistanın təcavüzkar siyasətinin ifşasında böyük rol oynadığını unudur. Əslində, gələcəyi qaranlıq olan bir ölkə nümayəndəsinin kənarda düşmən axtarması çox gülünc görünür. Məlik-Şahnazaryan kimi düşünən erməni politoloqlarından fərqli olaraq, bu gün bir çox xarici siyasətçilər Ermənistanın hazırkı durumunu işğal siyasətini davam etdirməsində görürlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!
13.08.2020
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
12.08.2020
Rusiyada bu sahədə çalışanları işsizlik gözləyir
12.08.2020
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
12.08.2020
Ermənistanda son sutkada 201 nəfər COVID-19-a yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info