Masallıda Heydər Əliyevə həsr edilən tədbir keçirilib
Tarix: 03.07.2019 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Bu gün, 3 iyul 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illik yubileyi münasibəti ilə “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, 14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu. Dahi lider Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və təbiətdən gələn təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarının problemlərin həllinə yönəltməyə imkan verdi. Bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdi. Mövcud müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdı. 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250-dən çox yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yerləri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbləri açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq 2 dəfə artdı. Bu dövrdə Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı: "Artıq Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər.
Seyfəddin Əliyev çıxışında qeyd etmişdir ki, o zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsil mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Azərbaycan 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Çox qısa zamanda ölkənin mənəvi-psixoloji iqlimini, insanların ölkəyə və rəhbərliyə münasbətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Bu sahəyə diqqət artırıldı, hərbi-təşkilati və kütləvi-müdafiə işinə xalqın həyatında malik ola biləcəyi dəyər verildi, onun miqyası genişləndirildi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə 1-ci dəfə hakimiyyətə gəlişindən sora müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadırların hazırlanması prosesi geniş vüsət almışdır.Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradılmışdır. Təsadüfü deyildir ki, C.Naxçıvanski adına Hərbi məktəb Azərbaycan Müstəqilliyini bərpa edəndən sonra ordu quruculuqunda əsas bazalardan birinə çevrilmişdir.
Masallı şəhər ərazi ilk partiya təşkilatının sədri Azər Baxşıyev çıxış edərək Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirmişdir. O, qeyd etmişdir ki, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır: “Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında avanqard yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır”.
Sonra YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova, GEM ərazi ilk partiya təşkilatının sədri Rəhman Muxtarov və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişlər.
Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
26.10.2020
Şəhid hərbçimiz Dmitri Solntsevlə vida mərasimi keçirilir
25.10.2020
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
25.10.2020
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
25.10.2020
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


26.10 18:50 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib. XİN-dən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Latviya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı. Tərəflər, Azərbaycan və Latviya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə etdi. Bu xüsusda, Azərbaycan və Latviya arasında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın Yaradılması haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirildi. İkitərəfli iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğu qeyd edildi və ikitərəfli iqtisadi-ticari, elmi-texniki və mədəni sahələrdə əlaqələrin təşviqinə dair məsələlərin müzakirəsi və həlli məqsədilə Hökumətlərarası Komissiyanın növbəti 8-ci iclasının 2021-ci ildə keçirilməsinin mümkün olacağına ümid ifadə edildi. Həmçinin, mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edildi, bu xüsusda hər il Azərbaycandan çox sayda gənclərin Latviya universitetlərində təhsil almasından məmnunluq bildirildi. Görüşdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparıldı. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkildi. X.Xələfov Latviyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirdi. Nazir müavini Latviya tərəfinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən cari ilin 12-16 iyul tarixlərində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı barədə məlumat verdi. X.Xələfov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi, münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə etdiyi raket atəşinə tutması, 27 sentyabrdan başlayaraq, Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 65 mülki şəxsin həyatını itirdiyi və 300-ə yaxın mülki şəxsin yaralandığını həmsöhbətinin diqqətinə çatdırdı. Nazir müavini qeyd etmdi ki, Azərbaycan özünümüdafiə hüququna əsaslanaraq, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması üçün hərbi-siyasi tədbirləri davam etdirir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərində Azərbaycan silahlı qüvvələrinə qarşı müharibə aparmasına görə məsuliyyət bütövlükdə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam tərk etməyənədək bölgədə dayanıqlı sülh təmin oluna bilməz. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardı.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info