Əliqismət Lalayev doğum gününü doğma kollektivlə qeyd edəcək
Tarix: 03.07.2019 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


4 iyul Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ad günüdür.
Hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan Ə.Lalayev doğum gününü doğma kollektivlə birlikdə qeyd edəcək.
“Teatrımız 109-ci mövsümünü başa vurmaq üzrədir. Çox böyük məsuliyyət hissi ilə deyə bilərəm ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün çox düşərli və əlamətdar olub. Bu ilin mart ayında ölkə başçısı, cənab İlham Əliyevin Sərəncamı ilə “Akademik” status almağımız ən böyük uğurumuz oldu. Mövsüm boyu teatrımızda bir sıra beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərlərin premyerası olub. Kollektivimizin müxtəlif üzvləri səmərəli və uğurlu fəaliyyətlərinə görə il boyu istər rəsmi, istərsə də yaradıcı təşkilatlar tərəfindən təltif olunublar, Fəxri adlara, Prezident mükafatlarına layiq görülüblər.
109-cu mövsümün yekunlaşması ilə əlaqədar olaraq iyulun 4-də teatrımızda mükafatlandırma mərasimi də olacaq. Biz burda müxtəlif nominasiyalar üzrə əməkdaşlarımızı mükafatlandıracağıq. İnsanların əməyini dəyərləndirmək, onlara sevinc bəxş etməkdən ali heç nə ola bilməz. Buna görə də mən də təbii ki, ad günümdə doğma kollektivimlə bir yerdə olacağam və mövsüm ərzindəki uğurlarına görə mükafatlandırılacaq sənət dostlarımla, həmkarlarımızla sevincimizi birlikdə bölüşəcəyik”, - deyə Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə Salyanda anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi 10 ilə yaxın müddətdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında çalışıb. Sonralar Salyana qayıdan Ə. Lalayev bir müddət yerli "Qələbə" qəzetində məsul katib işləyib, sonra rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə dəvət olunub. Sonrakı illərdə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi çalışıb. Nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri olub. Mədəniyyət Naziri Əbülfəs Qarayevin 6 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ) direktoru vəzifəsinə təyin edilib. Böyük Azərbaycan şairi Hüseyn Cavidin teatr səhnəsində obrazını yaradan ilk sənətçi məhz Əliqismət Lalayev olub. 1982-ci ildə Naxçıvan Dövlət Poeziya Teatrında səhnəyə qoyulan "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşasında gənc aktyor mütəfəkkir şairin obrazını yaradıb. O, eyni zamanda müxtəlif tamaşalarda Rəsul Rza və Abbas Səhhət rollarını da özünəməxsus ustalıqla oynayıb. İtalyan dramaturqu Paolo Messinainin "Sükut divarı" əsərində Antonio, Sofoklun "Elektra" faciəsində Orest obrazı da Əliqismət Lalayevin yaratdığı surətlər qalereyasına daxildir. Yaradıcılığının sonrakı mərhələsində isə daha çox rejissor kimi tanınan Ə. Lalayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində onlarla tamaşaya quruluş verib. E. Qolsuorsinin "Birincilər və sonuncular", T. Uilyamsın "Sökülən yurd", E. de Filipponun "Silindr", Emin Sabitoğlu və Sabit Rəhmanın "Hicran" musiqili komediyası, H. Cavidin "Ana" və "Uçurum", A. Ostrovskının "Günahsız müqəssirlər" əsərləri, A. Dudarevin "Astana" psixoloji dramı, C. Məmmədquluzadənin "Kişmiş oyunu" və "Kamança" əsərləri əsasında "Keçmiş günlər" komediyası onun səhnəyə qoyduğu maraqlı tamaşalar sırasındadır. Ə. Lalayevin quruluşunda "Ana" faciəsi Azərbaycan Televiziyasının qızıl fonduna daxil olub və vaxtaşırı olaraq mavi ekranda nümayiş etdirilir. Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında olan bir neçə tamaşanın ideya müəllifi və layihə rəhbəridir.
"Azərbaycan - Orta Asiya Teatr əlaqələri" kitabı ilə yanaşı, bir neçə elmi-nəzəri araşdırmanın və milli mədəniyyətimizin müxtəlif sahələrinə həsr olunmuş yüzlərlə elmi, bədii, publisistik yazıların da müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin direktorudur.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info