Azərbaycan dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşır
Tarix: 03.07.2019 | Saat: 20:07:00 | E-mail | Çapa göndər



Etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və ölkənizdə müxtəlif xalqlara məxsus dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən ABŞ-ın Los-Anceles şəhərindəki Simon Vizental adına Mərkəzin şöbə müdiri Şimon Samuels deyib.
Bildirib ki, təmsil etdiyi mərkəz yəhudi tarixi mədəni irsinin qorunması və təbliği ilə məşğul olur. Qeyd edib ki, Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. İstərdim ki, Qırmızı qəsəbə də UNESKO-nun Dünya İrs Siyahısına salınsın.
Qonaq, həmçinin deyib ki, Azərbaycanın multikultural sahədə təcrübəsini digər dövlətlər də öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.
“Biz tədbirin yüksək səviyyədə təşkilini gözləyirdik. Çünki Bakıda ötən il keçirilən Beynəlxalq Humanitar Forumda da mən bunun şahidi olmuşam. Bütün bunlar ölkənizin belə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğuna və insanlarınızın qonaqpərvərliyinə dəlalət edir”, – deyə Şimon Samuels söyləyib.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
22.07.2019
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info