43-cü sessiyada bir sıra ölkələrin təbii və mədəni irs nümunələri ilə bağlı müvafiq qərarlar qəbul olunub
Tarix: 03.07.2019 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


İyulun 3-də günün ikinci yarısında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının milli mülkiyyətin qorunmasına həsr olunan plenar iclası mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə öz işini davam etdirdi.
Trend-in məlumatına görə, əvvəlcə katibliyin hazırladığı Ərəb dövlətləri regionunda qarışıq irslə bağlı bənd müşahidəçilərin şərhi olmadığı üçün müzakirəsiz qəbul edildi. Sonra Şimali Makedoniyadakı Ohrid gölü və onun ətrafında təbii-mədəni duruma olan təhdidlər geniş müzakirələr doğurdu. Bununla əlaqədar Ümumdünya İrs Komitəsinin hazırladığı hesabat dinlənildi. Qeyd olundu ki, urbanizasiyanın və turizmin inkişafı, gölün ətrafındakı monastır-kilsənin yeni tikilən binalar tərəfindən sıxışdırılması həmin ərazinin qorunmasını təhdid edir. Hələ 40-cı, 41-ci sessiyalarda qərar qəbul edilsə də, Ohriddə lazımınca konservasiya işləri görülməyib.
Çıxış edən ölkələrin nümayəndələri arasında Şimali Makedoniyaya vəziyyəti düzəltmək üçün bir qədər də vaxt verilməsini təklif etdilər. Əgər Ümumdünya İrs Komitəsinin tövsiyələri nəzərə alınmazsa, o zaman Ohrid təhlükə ilə üzləşən obyektlər siyahısına daxil edilsin.
Şimali Makedoniya nümayəndə heyəti öz mövqeyini bildirdi. 2017-ci ildən başlayaraq Ohrid gölü ilə bağlı məsələlərdə müsbət irəliləyişlər barədə məlumat verildi. Qonşu ölkələr - Macarıstan və Albaniya təmsilçiləri də Şimali Makedoniyanın mövqeyini dəstəklədilər, göllə bağlı vəziyyət üçün birgə məsuliyyət daşıdıqlarını söylədilər.
Geniş müzakirə edilən ikinci məsələ Tanzaniyadakı Hqoronqoro krateri zonasının unikal təbii mühitinin qorunması ilə bağlı oldu. Üzv dövlətlərin, eləcə də İCOMOS-un nümayəndələri öz fikirlərini bildirdilər. Tunisdəki Kartaj arxeoloji zonası ilə bağlı Ümumdünya İrs Komitəsinin və İCOMOS missiyasının tövsiyələrinin nəzərə alındığı, milli hökumətin gördüyü işlər müsbət qiymətləndirildi.
Maraq doğuran növbəti məsələ Qazaxıstandakı Xoca Əhməd Yəsəvinin məqbərəsi ətrafında bufer zonanın vəziyyəti oldu. Qırğızıstan və Azərbaycan nümayəndələri Türküstan şəhərində görülən abadlıq işlərinin abidəyə heç bir zərər verməyəcəyini təsdiqlədilər. Qazaxıstan hökumətinin gördüyü işlər müsbət qiymətləndirildi, tikinti işlərinin məqbərədən kənarda aparıldığı təsdiq edildi. Bu məqbərənin təhlükə ilə üzləşən abidələr siyahısına daxil edilməsinə ehtiyac görülmədi. Müzakirələrdə Tunis, Küveyt, Çin nümayəndə heyətləri də öz fikirlərini söylədilər.
Müzakirə zamanı ICOMOS təmsilçisi tövsiyə etdi ki, Xoca Əhməd Yəsəvi məqbərəsi ətrafında konservasiya zonası genişləndirilsin. Beynəlxalq Memarlar İttifaqının nümayəndəsi Türküstan şəhərinin inkişafı ilə bağlı məqbərəni qorumağın vacibliyini vurğuladı və sonda təkliflər hazırlanan qərar layihəsində nəzərə alındı.




 
Bölməyə aid digər xəbərlər
17.02.2020
Onlar səhnəyə “Bahar” gətirəcək
17.02.2020
“Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi
17.02.2020
Qırğızıstanda həmyerlimiz beynəlxalq “Barış göyərçini” medalı ilə təltif edilib
16.02.2020
Azərbaycanlı türkoloq-alim Özbəkistanda beynəlxalq konfransda iştirak edib
16.02.2020
“Bəxtiyar Vahabzadə “XX əsrin Nizamisi, Füzulisi”dir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info