Heydər Əliyev Fondunun Xəzərin sahilində təşkil etdiyi şənlik uşaqlara unudulmaz bir gün yaşatdı
Tarix: 03.07.2019 | Saat: 22:07:00 | E-mail | Çapa göndər



İyulun 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu uşaqları paytaxtın dənizkənarı istirahət məkanlarından birində - “Dalğa Beach” istirahət mərkəzində bir araya topladı. Fondun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Nizami rayonunun 1, Suraxanı rayonunun 2, Xətai rayonunun 3 saylı uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda yay mövsümünün ovqatını hiss etdilər, günəşli günlərin qayğısız anlarını yaşadılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da övladı ilə birlikdə bu şənliyə qoşuldu.
Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak etdilər, bu isti yay günündə hovuzda üzdülər, onlar üçün hazırlanmış müxtəlif əyləncə proqramları ilə maraqlı asudə vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşdülər.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət etdi, onlar üçün təşkil edilən bu şənliklə bağlı fikirləri ilə maraqlandı, hər biri ilə şəkil çəkdirdi. Uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və inteqrasiya təlimli internat məktəbinin sakinləri təəssüratlarını bölüşdülər, burada yeni dostlar qazandıqlarını söylədilər, iştirak etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə danışdılar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinləri ilə görüşə növbəti hədiyyəsi ilə gəldi, onlara maraqlı və unudulmaz bir gün yaşatdı.
Fondun vitse-prezidenti Leyla Əliyeva uşaqlarla birgə rəqs etdi.
Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu. Şənlikdə 200-yə yaxın uşaq iştirak edirdi.




 
Bölməyə aid digər xəbərlər
17.02.2020
Onlar səhnəyə “Bahar” gətirəcək
17.02.2020
“Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi
17.02.2020
Qırğızıstanda həmyerlimiz beynəlxalq “Barış göyərçini” medalı ilə təltif edilib
16.02.2020
Azərbaycanlı türkoloq-alim Özbəkistanda beynəlxalq konfransda iştirak edib
16.02.2020
“Bəxtiyar Vahabzadə “XX əsrin Nizamisi, Füzulisi”dir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info