Çovdar əlvan metal filizi yatağında qədim məzarlıq aşkar edilib
Tarix: 04.07.2019 | Saat: 10:16:00 | E-mail | Çapa göndər


Daşkəsən rayonunda yerləşən Çovdar əlvan metal filizi yatağında qədim məzarlıq aşkar edib.
Trend-in məlumatına görə, 2019-cu ilin fevral ayında “AzerGold” QSC tərəfindən 3-cü topaqələviləşdirmə sahəsinin tikintisi zamanı qədim məzarlığın aşkar edilməsi ilə əlaqədar ərazidə dərhal tikinti işləri dayandırılıb. Heydər Əliyev Fondunun dəstəyi və “AzerGold” QSC ilə Azerbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində cari ilin may ayından etibarən ərazidə arxeoloji qazıntılara başlanılıb. Tədqiqatlar AMEA-nın “Daşkəsən” arxeoloji ekspedisiyası tərəfindən tarix üzrə fəlsəfə doktorları S.Aşurov və B.Cəlilovun rəhbərliyi ilə aparılır.
İlkin qiymətləndirməyə əsasən ərazidə 35 daş qutu qəbirin aşkarlanması ehtimal olunsa da, aparılan tədqiqat işlərinin gedişatında nekropolun ərazisinin daha geniş olduğu müəyyən edilmiş və aşkarlanan qəbirlərin sayı artıq 120-ə çatıb. Daş qutudan ibarət quruluşa malik qəbirlərdə dəfn adətinə uyğun olaraq məişət, bəzək əşyaları, silahlar o cümlədən, küpə, kasa, xeyrə, kəmərlər, bilərziklər, sırğalar, üzüklər, asmalar, xəncər və nizələr tapılıb. Aşkarlanan çoxsaylı müxtəlif ölçülü muncuqların içərisində əqiq, pasta, müxtəlif daşlardan, balıqqulağından hazırlanmış muncuqlara rast gəlinir. Muncuqların içərisində Misir istehsalı olduğu güman edilən mavi pastalara, Hind okeanı üçün xarakterik olan kaurilərə təsadüf edilir.
Alimlərin qənaətinə əsasən, sözügedən qazıntılar arxeoloji materialların zənginliyi ilə diqqəti cəlb edir və qədim insanların təsərrüfat həyatı, ideoloji baxışları, sosial və ictimai quruluşları haqda geniş məlumat almağa imkan verəcək ilk kompleks arxeoloji tədqiqatdır. İlkin analizə əsasən, Çovdar filiz emalı sahəsində aşkarlanan məzarlıq son tunc-erkən dəmir dövrünə (e.ə.II min.sonu - I min. əvvəli) aid edilir.
Xatırladaq ki, bu qəbirlərin analogiyasına Respublikamızın Qərb bölgələrində, Qarabağda, Naxçıvan Muxtar Respublikası ərazisində rast gəlinir. Arxeoloji materiallar son tunc - erkən dəmir dövründə geniş yayılmış Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Köçmə yaylaq maldarlığı ilə məşğul olan Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının qonşu ərazilərdə yaşayan tayfalarla, hətta uzaq Aralıq dənizi sahilləri və Hind okeanı ətrafı ilə iqtisadi-mədəni əlaqələri mövcud olub.




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb
26.02.2020
Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info