Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda
Tarix: 04.07.2019 | Saat: 10:47:00 | E-mail | Çapa göndər


Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti – Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və bu qurumun katibi Oktay İsayev Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ-dən Trend-ə verilən məlumata görə, qonaqlarla görüşən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq, Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb.
C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.
Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan rektor C.Məmmədov İnstitutda təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu vurğulayıb. Gənclərin sağlam ruhda tərbiyə olunmasının vacibliyini bildirən
C.Məmmədov qeyd edib ki, təkcə dini biliklərə deyil, eləcə də dünyəvi biliklərə malik mütəxəssislərə ehtiyacımız var. O, həmçinin qonşu ölkələrin təhsil müəssisələri ilə əlaqələrin qurulmasında və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb.
C.Məmmədov bildirib ki, İnstitutun qapıları təkcə Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız üçün də açıqdır. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur.
Səmimi qəbula görə, Aİİ-nin rəhbərliyinə təşəkkür edən nümayəndə heyəti Azərbaycana səfərindən, xüsusilə Bakı şəhərində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov Azərbaycan və Gürcüstanın dini qurumları arasında sıx münasibətlərin olduğunu, ölkələrimiz arasında bu sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən əminliyini ifadə edib. Ramin İgidov dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyərək, bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.
Nümayəndə heyəti Gürcüstanda fəaliyyət göstərən mədrəsə və kolleclər haqqında məlumat verib. Qeyd olunub ki, burada da müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir, Azərbaycan və gürcü dillərinə tərcümə edilən islam dini haqqında kitablar nəşr olunur.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info