Azərbaycan KİV rəhbərləri Rusiya Xarici İşlər Nazirliyində olublar
Tarix: 04.07.2019 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın dövlət qurumlarında, jurnalist təşkilatlarında və aparıcı KİV-lərinin redaksiyalarında görüşlər keçirir.
KİVDF-dən verilən məlumata görə, nümayəndə heyətinin növbəti görüşü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində qurumun İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova ilə keçirilib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiya-Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini, Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib. Mariya Zaxarova Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfərini və keçirdikləri görüşləri yüksək qiymətləndirib. O, hər iki ölkədə KİV-lə bağlı maraq doğuran məqamların müzakirə edilib səmərəli nəticə əldə edilməsi üçün canlı təmasların qurulmasını vacib sayıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
Nümayəndə heyətinin üzvləri Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovla da görüşüblər. Görüşdə iki ölkənin KİV qurumlarının və jurnalist təşkilatlarının təmaslarının gücləndirilməsi üçün təkliflər müzakirə edilib.
Daha bir görüş “Komsomolskaya pravda” qəzetində keçirilib. Azərbaycan KİV təmsilçiləri qəzetin iş şəraiti ilə tanış olublar. Sonra qəzetin baş direktoru Vladimir Sunqorkinlə görüş keçirilib. Sunqorkin Azərbaycan KİV təmsilçilərinin Rusiyaya səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info