“ Aztəminatlı ailələrə qayğı “ aksiyası genişlənir
Tarix: 04.07.2019 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “ Aztəminatlı ailələrə qayğı “ aksiyasına qoşularaq rayon ərazisində yaşayan imkansız ailələrə sovqat paylayıblar. Aksiyada iştirak edən YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov, sədrin müavini Elturan Həşimov və partiyanın digər fəalları tərtib olunmuş siyahı üzrə aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə yaxından tanış olublar.
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq əlamətdar günlərdə aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır. Partiyanın ənənəsinə sadiq qalmaq biz gənclərin borcudur. Hər il olduğu kimi, bu il də YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyi dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə, rayon ərazisində yaşayan imkansız ailələrlə görüşməyi qərara aldı,qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərdi.
Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info