“Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” layihəsinin yekunu və eyniadlı portalın təqdimatı olub
Tarix: 04.07.2019 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


İyulun 4-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Heydər Əliyev Azərbaycan gəncliyinin düşüncəsində. 50 il” adlı layihənin yekununa və eyniadlı portalın təqdimatına həsr edilən tədbir keçirilib. Əvvəlcə tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, layihənin koordinatoru Salman Salmanov bildirib ki, layihə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunub. O, layihə və portal haqqında geniş məlumat verib və qeyd edib ki, gənclər bu layihədə fəal iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov gənclərin həyata keçirdikləri layihəni yüksək qiymətləndirib. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan Əli Əhmədov deyib ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyevin adı ilə bağlıdır.
Əli Əhmədov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər respublikamız keçmiş SSRİ-də geridə qalan respublikalardan biri idi. Amma Ulu Öndər 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra bütün sahələrdə inkişaf başladı. Belə ki, sosial-iqtisadi, mədəniyyət, elm, təhsil sahələrində ciddi inkişaf baş verdi və qısa zamanda Azərbaycan keçmiş ittifaq respublikaları arasında ön sıralara çıxdı.
YAP sədrinin müavini vurğulayıb ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu. Eyni zamanda, milli özünüdərk prosesi formalaşdı ki, bunun nəticəsində 1980-ci illərin sonunda xalqımız azadlıq mübarizəsinə qalxmış oldu. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən Baş Nazirin müavini bildirib ki, bu gün Azərbaycanın bütün nailiyyətlərinin kökündə Heydər Əliyev siyasəti dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, əhalinin rifah halı daha da yüksəlir. Eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda da nüfuzu artmaqda, mövqeləri möhkəmlənməkdədir. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən, ən perspektivli ölkələrdən biri kimi qəbul olunur. Bütün bu uğurların əsasında Heydər Əliyev siyasəti dayanır. Bu siyasət Azərbaycana yalnız və yalnız uğurlar gətirir. Baş Nazirin müavini gəncləri Heydər Əliyev irsini dərindən mənimsəməyə, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info