“Ermənistanda mətbuatla dövlət arasında böyük uçurum yaranıb”
Tarix: 04.07.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Hüquqşünaslar ölkədə qeyri-demokratik mühitin yarandığını bildirirlər


Bü gün maniya Ermənistanda hakimiyyətdə olanların əsas xəstəliklərindən birinə çevrilməkdədir. Xatırladaq ki, elmi mənbələrdə maniya real həyatda mövcud olmayan bir şeyə mübtəla olaraq onun uğrunda həddindən artıq həvəslə mübarizə aparmaq kimi göstərilir.
Qeyd edilməlidir ki, bu xəstəliyin absurd formada erməni siyasi reallıqlarında təşəkkül tapması artıq faktdır. Məsələ bundadır ki, bunu ermənilərin «Qolos Armenii» saytı da etiraf etmək məcburiyyətində qalıb. Saytın yazdığına görə, bu gün bu xəstəlik artıq ölkə rəhbərliyinin bütün strukturlarına sirayət etməkdədir. Maraqlıdır ki, fikrini əsaslandırmaq üçün sayt real faktları ortaya qoyur. Məsələn, Ermənistan parlamentinin sədri Ararat Mirzoyan hazırda Ermənistanın Avropa və ya Amerika Birləşmiş Ştatları olmasa da, «dünya demokratiyasının bir qalası» olduğunu iddia edir. Sayt sual edir: «…Görən o, bunları deyərkən özünün necə gülünc və acınacaqlı göründüyünü anlayırmı?
Başqa bir misal. Bu günlərdə Livana səfər edən Anna Akopyan “inqilabçı Ermənistanda” yerli mətbuatın cəmiyyət və hökumət dairələrində baş verən dəyişikliklərlə ayaqlaşmadığından, mətbuatla dövlət arasında böyük uçurum yarandığı barədə məlumat verir. Onun fikrincə bu, ölkənin siyasi, ictimai və mədəni həyatı üçün çox təhlükəlidir».
Anna Akopyanın "Aykakan jamanak" nəşrinin baş redaktoru olduğunu bildirən sayt sual edir: Doğrudanmı, baş nazir arvadının rəhbərlik etdiyi mətbu orqanı dövlət maraqlarını başa düşmür? Məgər o başqa bir ölkə tribunasindan verdiyi bəyanatın nə qədər gülünc olduğunu anlayırmı?
Bu günlərdə erməni baş nazir Nikol Paşinyan şəxsi «Facebook» səhifəsində Konstitusiya günü ərəfəsində ölkə hərbçilərinin hərbi rütbələrlə təltif edilməsi barədə status yayıb: «…Qərar Ermənistan Prezidentinin müvafiq fərmanıı imzalandıqdan sonra qüvvəyə minəcək».
Xatırladaq ki, erməni Konstitusiyasına görə, hərbi rütbələrin verilməsi barədə qərar prezidentə təqdim edilən ərizələr əsasında qəbul edilir. Ancaq göründüyü kimi, baş naziri Konstitusiyanın müddəaları çox da narahat etmir: qərar verilib, deməli, prezident imzalamalıdır. Həqiqətən də imzalayacaq. Çünki ölkə prezidenti baş nazirin iradəsinə qarşı çıxmaq cəsarətində deyil.
«Əslində, bu gün Ermənistanda Konstitusiya onun üçündür ki, hakimiyyət öz hərəkətlərini əsaslandırsın. Təbii ki, bir çox hallarda burada hakimiyyət təhriflərdən də yararlanmağı unutmur». Bu fikirləri erməni hüquqşünas Artur Kazinyan bildirib: «…Bu gün Ermənistanda xalqın iradəsi bir şəxsin iradəsi ilə müəyyən edilərək mütləq bir kateqoriyaya çevrilir və ciddi icraata məruz qalır. Əslində bu, parlament idarə formasından uzaqdır». Erməni hüquqşünasın təbirincə, hazırda Ermənistanda mövcud olan forma, hətta Kim Çen In üçün də cazibədardır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info