“İşsizin DOSTu” proqramı çərçivəsində indiyədək 38 min nəfər işlə təmin olunub
Tarix: 04.07.2019 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və qısa ərzində fəaliyyət göstərən “İşsizin DOSTu” proqramı haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsinə xidmət edir. Əsasən bölgələrdə tətbiq olunan layihənin əsas məqsədi isə işsizlərin müvəqqəti məşğulluğunu təmin etməkdir. Həmin proqrama uyğun olaraq yerli icra orqanları və təşkilatlar gündəlik həyata keçirdikləri işlərdən əlavə olaraq xüsusi ixtisas və peşə qabiliyyəti tələb etməyən ictimai faydalı işlər təklif edirlər. Bu ilin yanvarından fəaliyyət göstərən layihə çərçivəsində İndiyədək ölkəmizin 68 rayonundan işsiz 36 mindən çox vətəndaş özünə iş tapa bilib. İlin sonunadək proqrama uyğun olaraq daha 38 min vətəndaşın işlə təmin olunması üçün tədbirlər görüləcək. Hər bir işsiz vətəndaş qeydiyyatda olduğu rayon məşğulluq idarəsinə müraciət edir və orada qeydiyyatdan keçir, bundan sonra onun barəsində olan məlumatlar DOST mərkəzinə ötürülür. Mərkəzdə həmin məlumatlara əsasən hər bir işsiz vətəndaşla əmək müqaviləsi bağlanılır. Bununla yanaşı sosial xarakterli işlərdə çalışmaq istəyənlər də uyğun işlərə cəlb olunurlar. Müraciət edənlərin 8 min nəfəri paytaxt sakinləridir. Müraciətlər isə əsasən ekoloji sağlamlaşdırma, yaşıllıqların salınması, abadlıq işləri, parkların təmizlənməsi və digər işlərlə əlaqədardır. İşə qəbul edilənlərin əməkhaqqı kartları avtomatik rejimdə banklarda sifariş edilir və hər bir vətəndaş öz məvacibini bankın filiallarından ala bilər. Əməkhaqqı işlərin xarakterindən və əmək funksiyasından asılı olaraq müəyyən olunur. İşçinin sosial sığortası, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info