Əli Kərimli niyə radikalizmə rəğbət bəsləyir?
Tarix: 04.07.2019 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Xalq dağıdıcı müxalifətə ikinci şansı heç vaxt verməyəcək


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir ki, dəyişməyən sədri Əli Kərimli daim radikal çağırışlar, şər-böhtan dolu ittihamlar və cəmiyyətin fikrini yayındırmağa hesablanmış siyasi bəyanatlarla gündəmə gəlməyə çalışıb. AXCP sədrinin radikal çağırışlarını isə elə-belə qeyd etmədik. Adam ölkənin hansı bölgəsində kriminogen durum yaranırsa, terror təhdidi və ya hadisəsi olursa, tez ona siyasi don geyindirib şişirdir, beynəlxalq aləmə car çəkir ki, guya bütün bunların günahkarı hakimiyyətdir və s. Əslində isə bu cür situasiyalar üzü Latın Amerikası ölkələrindən tutmuş, ABŞ, Türkiyə, Belçika, Fransa və Asiya ölkələrinə qədər, hər yerdə yaşanır. Yəni cəmiyyət varsa, orada sosial problemlər də olacaq, kriminogen durum da müəyyən həddə qədər gərginləşəcək, terrordan da heç kim sığortalanmayıb. Ölkəmiz isə 90-cı illərin əvvəllərindən fərqli olaraq sabitliyi ilə seçilir, terror və kriminogen durumun gərginləşməsi bizdə ya müşahidə edilmir, ya da xarici qüvvələrin əli ilə nadir hallarda baş verir. Məsələn Nardaran misalı və s. Əslində, müxalifətə bugünkü sabitlik sərf etmir və onlar üçün xaos, yeni radikal qüvvələrin meydana çıxması arzuolunandır. Çünki belə olanda dövlət də cəmiyyət də zəifləyir, bütün infrastrukturda, idarəçilikdə, iqtisadiyyatda ciddi problemlər yaranır, xarici təhdidlər daha da artır ki, bütün bu yaranmış faciəvi durumda müxalif qüvvələr özlərinə daha asan xal qazana bilirlər. Normal qaydayla-seçki yolu ilə hakimiyyətə gələ bilməyənlərin bu cür situasiyalardan yararlanmağa çalışmaları isə absurd və anormal bir haldır.
Əli Kərimlinin də dəfələrlə belə situasiyaları şişirdib dünyaya car çəkməsi, sosiallığın verdiyi imkanlardan istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmağa çalışması, məhz bu arzu və xəyallarından irəli gəlir. Amma xalq artıq Əli Kərimlini də, onun təmsil olunduğu komandasını da 90-cı illərin əvvəllərində bir dəfə tanıyıb. Bu səbatsız kadrların ölkədə yaratdıqları dərəbəylik, idarəolunmaz kütlənin daim meydanlarda olaraq, Azərbaycanı az qala bir neçə hissəyə parçalayacaqları təhlükəsi, iqtisadiyyatı tamamilə məhv etmələri hələ də unudulmayıb. Son statusunda radikallığı, radikal hərəkətləri aşkar şəkildə təqdir edən Əli Kərimli unudubmu ki, məhz bu cür düşüncə tərzlərinə görə Azərbaycan bir dəfə xaos yaşadı, 20 faiz torpağı da məhz bu cür başıpozuqluğun qurbanı oldu? AXCP sədri gecə-gündüz demokratiyadan danışır, amma necə olur ki, özü radikal əməlləri, qrupları müdafiə edir?
Adam həmçinin hakimiyyəti işğal altında olan torpaqları geri qaytara bilməməkdə ittiham edir. Bəs siz niyə hakimiyyətdə olarkən itirilən torpaqların ən azından bir hissəsini geri qaytara bilmədiniz? Bilirsiniz niyə? Çünki məhz indi statuslarınızda ölkəmizə qarşı törədilən təxribatları, meydanlara çıxmaq istəyən radikal dindarları və ya kriminogen durum yaratdıqdan sonra həbs edilən cinayətkarları tərif edib, hansı düşüncə tərzində olmanızı o vaxtlar da ortaya qoyurdunuz. Bu düşüncə və əməllərinizə vaxtilə ciddi siyasi fiqur kimi ortaya atdığınız, öz kadrlarınızdan olan Surət Hüseynovun məlum son səs yazısını misal gətirə bilərik. Adam küçə söyüşləri ilə sizləri təhqir edərək aşkar şəkildə dedi ki, həmin dövrdə o torpaqları almaq üçün çalışıb irəli gedirmiş ki, arxadan hakimiyyət qüvvələri onu, əsgərlərini vururmuşlar... Onu da dönə-dönə vurğulayır ki, Bakıda oturub, erməni ilə mehriban olurmuşsunuz və s. Bütün bunları ki, indiki bəyənmədiyiniz hakimiyyətin nümayəndələri demir, öz yaxın silahdaşınız və sirdaşınız deyir. Bir daha qeyd edirik ki, suda boğulan saman çöpündən yapışdığı kimi, bu gün AXCP rəhbəri də özünün maraqlarını xalqın milli maraqlarından, xalqın mənafeyindən üstün tutaraq, hər cür yola getməyə hazır olduğunu göstərir. Bu görsənənlərdən biri də, Əli Kərimlinin radikalizmin, radikalların, hətta ölkədə vətəndaş müharibələrinin, qarşıdurmaların tərəfdarı olmasıdır. Bu cür ağır siyasi vəziyyət isə baş tutan deyil. Çünki artıq yaxın keçmişimizdə xalqımız bir dəfə belə ləkəli tarixi yaşayıb. Bundan sonra bu cür düşüncə tərzində olanlara, dağıdıcı müxalifətə ikinci şansı heç vaxt verməyəcək!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
19.01.2020
“Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
19.01.2020
Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
17.01.2020
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
5 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info