Sədərəkdə yeni sosial obyektlər
Tarix: 04.07.2019 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsindən biri də regionların inkişafı ilə bağlıdır. Regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verir.
Son illər inkişafın müşahidə edildiyi regionlardan biri də cəbhə bölgəsində yerləşən Sədərək rayonudur. Rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlayıb, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunub. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirib. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin edib, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənib, məskunlaşma artıb. Prezident İlham Əliyev Sədərək rayonuna səfəri zamanı deyib: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoyub. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”.

48 mənzilli yaşayış binası istifadəyə verilib
Hazırda Sədərək rayonunda quruculuq işləri davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib. İşğalçı ölkə ilə sərhəddə yerləşən Sədərək rayonunda istifadəyə verilən yeni yaşayış binası 48 mənzillidir. Bu, ölkəmizin inkişafının, dövlətin vətəndaşlara qayğısının, göstəricisidir. Yeni yaşayış binasının ilk sakinləri də dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Çünki ölkəmizdə sosial sahənin inkişafı daim diqqətdə saxlanılır. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş, sağlamlığını itirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Dövlətçilik yolunda öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə göstərilən qayğı, eyni zamanda digər vətəndaşlar üçün də nümunədir.

Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur
Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur. 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaq. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gələcəkdə kompleksdə sərnişin və yük qatarlarının gömrük nəzarətindən keçməsi üçün də lazımi şərait yaradılacaq, kinoloji xidmət fəaliyyət göstərəcək. Yeni gömrük kompleksinin istifadəyə verilməsi gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verəcək. Bu da iqtisadi-ticarət əlaqələrini genişləndirməklə yanaşı, həm də muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadəyə şərait yaradacaq.

Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılıb
Muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaradıb. Xüsusilə yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində görülən işlər öz nəticəsini verib. Muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılıb, müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilib. Sədərək rayonunun Heydərabad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilib. Laboratoriyanın yaradılmasında məqsəd muxtar respublikanın su mənbələrinin çirklənməsinin qarşısının alınmasından, eləcə də sularda yaşayan canlıları qorumaqdan ibarətdir. Müasir laboratoriyanın qurulması muxtar respublikanın sərhədləri daxilində tədbirləri vaxtında görməyə və qərar qəbul etməyə imkan verəcək. Su monitorinqlərindən sonra analizlərin cavabı bu sahə ilə məşğul olan beynəlxalq təşkilatlara göndəriləcək. İşğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda çirklənmə qeydə alındıqda isə dərhal beynəlxalq təşkilatlar məlumatlandırılacaq. Ölkə əhəmiyyətli Su Monitorinq Laboratoriyası dünyada yerləşən su monitorinqi laboratoriyalarının xəritəsinə daxil edilib. Laboratoriyanın Ermənistanla sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda yerləşməsi həm də müşahidə olunacaq problemlərə vaxtında müdaxilə etməyə imkan verəcək. Binada analiz və nümunələrin hazırlanması otaqları istifadəyə verilib. Yeraltı və yerüstü suların müxtəlif təyinatlar üzrə analizlərinin aparılması üçün laboratoriya müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada suyun radioaktiv çirklənməsini, suda olan ağır metalları, suyun codluğunu, duzluluğunu, elektrik keçiriciliyini, tərkibində turşuların və qələvilərin miqdarını, suda həll olmuş oksigeni təyin etmək mümkündür. Həmçinin laboratoriyada atom elektrik stansiyalarında istifadə olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ gələn tritium izotopunu təyin edən “TRİ CARB” cihazı quraşdırılıb. Yaradılan şərait muxtar respublikada su mühitinin yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info