“Qəbələ” klubu Fil Dişi Sahilindən olan futbolçunu transfer edib
Tarix: 04.07.2019 | Saat: 22:11:00 | E-mail | Çapa göndər



2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası növbəti transferini gerçəkləşdirib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.
İyirmi səkkiz yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Kristian futbol həyatına “Toumodi” klubunda başlayıb. O, 2007-ci ildə “Anderlext” Futbol Akademiyasına transfer olub və üç il gənclər komandasında top qovub. 2010-cu ildə “Anderlext”dən ayrılan forvard “Muanqtonq Yunayted”lə (Tailand) müqavilə bağlayıb. K.Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. Uğurlu oyunu ilə fərqlənən Kristian Fransanın “Tours” klubuna transfer edilib. Həmin komandanın uğurları üçün üç mövsüm oynayan hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb.
Sonra K.Kouakou Fransada “Kaen” və “Nimes Olimpik” kollektivlərinin formasını geyinib. Forvardın sonuncu komandası Çexiyanın “Karvina” klubu olub.
Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatıb.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“Başakşehir” səkkizdəbir finala vəsiqə qazanıb
28.02.2020
UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçirilib
28.02.2020
Gənc azərbaycanlı şahmatçı “Aeroflot open” festivalının qalibi olub
27.02.2020
"Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu
26.02.2020
Mariya Şarapova karyerasını başa vurub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info