Ukrayna Rusiya qazının Avropaya nəqlinin tamamilə dayandırılmasına hazırlaşır
Tarix: 05.07.2019 | Saat: 07:39:00 | E-mail | Çapa göndər



Ukraynanın dövlət qaz şirkəti "Naftoqaz"ın icraçı direktoru Yuriy Vitrenko ölkəsi üzərindən Avropaya göndərilən Rusiya təbii qazının nəqlinin bu ilin sonundan etibarən tamamilə dayandırılmasına hazırlaşdıqlarını bildirdi.

Ukraynanın dövlət qaz şirkəti "Naftoqaz"ın icraçı direktoru Yuri Vitrenko "Facebook" vasitəsilə ölkəsi üzərindən Avropaya göndərilən Rusiya təbii qazının nəqli ilə əlaqədar açıqlama verdi.
Vitrenko açıqlamasında Rusiyanın Ukrayna ilə qaz danışıqlarına ticari deyil, siyasi aspektdən yanaşdığını qeyd edərək: "Rusiyanın siyasi iradəsinin müstəqil bir şəkildə Avropaya üstünlük verməsi səbəbindən Ukraynanı tranzit gəlirlərindən məhrum edərək cəzalandırmaq istədiyini dərk etməliyik" deyə bildirdi.
Ukraynanın müstəqilliyini itirmədən tranzit mövqeyini qorumaq üçün əlindən gələni edəcəyini vurğulayan Vitrenko: "Amma təəssüf ki, Ukrayna üzərindən göndərilən Rusiya təbii qazının ötürülməsinin sadəcə 2020-ci ilin ilk rübündə deyil, cari ilin sonundan etibarən tamamilə dayandırılmasına hazırlaşırıq" dedi.
"Naftoqaz"ın Təbii Qaz Departamentinin direktoru Andrey Favorov da bu gün Kanadanın Toronto şəhərində keçirilən bir tədbirdə verdiyi açıqlamada Rusiya təbii qazının Ukrayna üzərindən göndərilməsində 3 ay davam edə biləcək fasilə gözlədiklərini bildirdi.
Rusiya və Ukrayna arasındakı təbii qaz təminatına və Rusiya qazının Ukrayna üzərindən Avropaya göndərilməsinə dair müqavilənin müddəti 2019-cu ilin sonunda başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!
13.08.2020
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
12.08.2020
Rusiyada bu sahədə çalışanları işsizlik gözləyir
12.08.2020
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
12.08.2020
Ermənistanda son sutkada 201 nəfər COVID-19-a yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info