Çox tərləmə nədən xəbər verir?
Tarix: 05.07.2019 | Saat: 07:46:00 | E-mail | Çapa göndər


Gizlin inkişaf edən xəstəliklər

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.
"Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyuyur".
Dermatologiya üzrə mütəxəssis Dr. Selma Uçar, tərləmə probleminin, sistemik xəstəliyin xəbərçisi ola biləcəyini bildirib.
Saglamolun.az medicina.az-a istinadla həmin açıqlamanı təqdim edir.
"Bədənin isti-soyuq tarazlığını tərləmə saxlayır. Vücudda 2-4 milyon tər vəziləri var. Bunlar qadınlarda çox olmasına baxmayaraq kişilərdə daha aktivdir. Tərləmə həyəcan, fiziki hərəkətlər, qorxu, əsəbilik kimi vəziyyətlərdə daha da aktivləşir. Lakin bu kimi səbəblər yoxdur, tərləmə isə həddindən çoxdursa, orqanizmdə problem var.
Bu durumun altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər. Ona görə də belə probleminiz olanda əvvəlcə həkimə müraciət etməlisiniz ki, altında yatan səbəb müəyyən olunsun".
18-30 yaş arasında daha çox müşahidə edilən lokal tərləmə sosial həyata təsirsiz ötüşmür.
"30 yaşdan sonra ifrat tərləmə problemi daha çox meydana çıxır. Çox tərləmə və eyni zamanda sinədə ağrı, qızdırma, nəbzin sürətli vurması, nəfəs darlığı, arıqlama, kimi hallar varsa ən tez vaxtda həkimə müraciət edin. Xüsusilə ümumi bir tərləmə artımı varsa, sistematik bir xəstəlik düşünülüb araşdırılaraq lazımi tədbirlər görülməlidir.
Həddindən artıq tərləməyə hormonal xəstəliklər səbəb olur. Tərləmə maddələr mübadiləsinin nəticəsi olaraq ortaya çıxdığından xüsusilə bədən maddələr mübadiləsini sürətləndirən xəstəliklər əvvəlcə araşdırılmalıdır. Tiroid vəzinin (qalxanabənzər vəzinin) həddindən artıq işləməsi, yəni hipertireoz, ən çox hallarda həddindən artıq tərləməyə səbəb olan sistematik xəstəlikdir.
Buna görə bu xəstəliyin digər əlamətləri olan çəki itkisi, əllərdə titrəmə, həddindən artıq əsəbilik, saç tökülməsinin olub-olmadığına baxılır.
Qalxanabənzər vəzinin hormonları ilə yanaşı bəzi digər hormonların ifrazının artması da həddindən artıq tərləməyə səbəb olan digər hormonal xəstəlikdir.
Həddindən artıq çəki də tərləmənin digər bir səbəbi sayılır".




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Fransanın 51 il əvvəl yox olan sualtı gəmisi tapıldı
23.07.2019
Zəhərli qarpızın əlamətləri
23.07.2019
Ölümdən 3 həftə əvvəl insan bu yuxuları görür
23.07.2019
Tallində ilk dəfə olaraq kiberdiplomatiya məktəbi açılıb
22.07.2019
Türkiyədə 92 yaşlı cütlük 26 dəqiqə fərqlə vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info