Əmək müqavilələrinin sayında 81 min artım qeydə alınıb
Tarix: 05.07.2019 | Saat: 11:59:00 | E-mail | Çapa göndər


Əmək münasibətləri sahəsində şəffaflığın təmin edilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə Vergi Məcəlləsində fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə olunan gəlirlərinə vergi güzəştlərini nəzərdə tutan müddəalar daxil edilib. Bu dəyişiklik qeyri-leqal əmək haqlarının rəsmiləşdirilməsinə xidmət edəcək.
Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov da əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi irəliləyişlərin olduğunu deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən işəgötürənlərə verilən bu böyük güzəşt - qeyri-neft sektorunun özəl bölməsində aylıq əməkhaqqı 8 min manatadək olduqda gəlir vergisinin 0 dərəcə ilə hesablanması nəticəsində bu ilin ilk 4 ayında əməkhaqlarında ciddi "ağarma" müşahidə edilib. Əmək müqavilələrinin sayında 81 min artım baş verib ki, bunun da 58 mini qeyri-neft sektorunun özəl bölməsinin payına düşür.
Nazirlik rəsmisi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı bir mühüm faktı da qeyd edib: "Cari ilin ilk 4 ayında qeydə alınmış 81 min artım bu sahədə "ağarma" faktorunu bir daha sübut edir".
Diqqətə çatdırıb ki, qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrindəki artımın 60 faizə yaxını ticarət, tikinti və xidmət sektorunda çalışanların payına düşür. Halbuki bu ilə qədər əmək müqavilələrinin bağlanmasından yayınma halları məhz bu sahələrdə müşahidə olunurdu.
N.Şirinov başqa bir maraqlı məqamı da vurğulayıb: "Gəlir vergisindən 8 min manata qədər güzəşt verildiyi üçün bu vergi üzrə daxilolmalarda hər hansı ciddi artım gözlənilmir. Lakin məcburi dövlət sosial sığorta haqlarının toplanmasında ciddi artımlar baş verib. Əgər ötən ilin ilk 4 ayı ilə bu ilin analoji dövrünü müqayisə etsək, məcburi dövlət sığorta haqları üzrə yığımda 17 faizədək artım müşahidə olunduğunu görərik".
Tural




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info