20 min əhalinin istifadə etdiyi 40 kilometrlik avtomobil yolları yenidən qurulur
Tarix: 05.07.2019 | Saat: 12:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, Şəki rayonunda 2 yol infrastrukturu layihəsi icra olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rayonun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Orta Zəyzid-Baş Zəyzid kəndlərini birləşdirən yolda isə yenidənqurma işlərinə başlanılıb.
Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 33 kilometr təşkil edir. Bu, respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və uzunluğu 18 kilometr olan Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 kilometr təşkil edən Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı, Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 51-ci kilometrindən ayrılan Daşüz kəndinin yollarıdır. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edir.
Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlər tikilib, 2 laydan ibarət yol əsası salınıb. Hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri aparılır. Əyriçay üzərində yerləşən və 60 metr uzunluğa malik avtomobil körpüsü yararsız vəziyyətə düşdüyü üçün əsaslı şəkildə təmir olunur.
Analoji işlər Şəki rayonunun Orta Zəyzid və Baş Zəyzid kəndlərini birləşdirən avtomobil yolunda da aparılır. Sözügedən yolun Orta Zəyzid kəndinə qədər olan 5 kilometrlik hissəsi III, Baş Zəyzid kəndinə qədər olan 2,2 kilometrlik hissəsi isə IV texniki dərəcələrə uyğun təkmilləşdirilir.
Yolboyu mövcud suötürücü borular yararsız vəziyyətə düşdüyündən 15 nöqtədə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılacaq, 15 metr uzunluğunda su keçidi inşa ediləcək, yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün 1600 poqonmetr uzunluğunda dəmir-beton küvetlər tikiləcək.
Layihənin sonuncu mərhələsində hər 2 layihə üzrə zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, hərəkətin normal təşkil üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 8 yaşayış məntəqəsinin 20 minədək əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info