Artımların təmin edilməsi üçün dövlət 1,9 milyard manat maliyyə yükünü üzərinə götürüb
Tarix: 05.07.2019 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


Ümumilikdə cari ilin ilk rübündə reallaşdırılan və artımların təmin edilməsi üçün əlavə olaraq dövlətin illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən 18 iyunda imzalanmış sərəncama əsasən minimum əməkhaqqının 180 manatdan 250 manata artırılmasından sonra Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə təkcə qonşu yox, MDB-yə üzv ölkələrlə müqayisə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə ikinci yerə sahiblənmiş olacaq.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması, eyni zamanda beynəlxalq səviyyədə Azərbaycanın reytinqinin daha da yüksəlməsinə, azmaaşlı işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, qeyri-rəsmi əməkhaqlarının leqallaşdırılmasında yeni irəliləyişlərə öz müsbət təsirini göstərir.
S.Babayev, həmçinin Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında əmək pensiyaların minimum məbləğinin cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacağı məsələsinə toxunub. Nazir bildirib ki, bu artım 660 min vətəndaşın pensiyasının artırılmasına imkan verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar
18.10.2019
Gələn il icmal büdcəsinin gəlirləri 27,5 milyard manat, xərcləri isə 29,4 milyard manat olacaq
18.10.2019
Neft Fondu Milan şəhərindəki daşınmaz əmlakını satıb
18.10.2019
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info