“ArmenianReport”: “İndi ən vacib məsələ Paşinyan tərəfindən gözlənilən cinayətlərin qarşısını almaqdır”
Tarix: 05.07.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“Biz artıq Paşinyan başda olmaqla onun komandasının ölkə Konstitusiyasını açıq şəkildə pozmaq niyyətində olduğunu görürük”

“Bu gün Paşinyanı Saakaşvili ilə müqayisə etmək nə qədər doğrudur? Əslində onu Yanukoviçlə müqayisə etmək doğru olardı…
…Təkcə Ermənistanda deyil, həm də xaricdə bir çoxları ölkəmizin baş naziri Nikol Paşinyanı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kimi tarixə düşmək üçün hər şansa malik olduğunu bildirirlər. Əslində, Saakaşvilinin Ermənistanda baş verən son proseslərə dəstək verməsinə baxmayaraq, müqayisə doğru olmaz. Çünki, Saakaşvilidən fərqli olaraq, Ermənistanın Rusiya və onun rəhbərliyinin iradəsinə bağlılığı bu gün də davam etməkdədir. Bundan əlavə, hakimiyyət orqanları ölkədə islahatlar həyata keçirilməsində öz uğursuzluqlarını ört-basdır etmək üçün hər cür vasitədən, o cümldədən mətbuatın xidmətindən belə, yararlanmağa başlayılar”. Bu fikirlər “ArmenianReport” saytında yer alan məqalədə qeyd edilib. Məqalədə hakimiyyətin bu əməli hökumətin Ermənistan xalqı qarşısında cinayəti kimi dəyərləndirir. Paşinyanı Ukraynanın sabiq prezidentləri - Yuşenko və Yanukoviçlə müqayisə edən sayt bir çox nüanslara rəğmən, Paşinyanın “erməni Yuşşenkosu” olmayacağını inanmaq istəyir.
Sayt daha sonra yazır: “ İndi bizim üçün ən vacib məsələ Paşinyan tərəfindən gözlənilən cinayətlərin qarşısını almaqdır(?). Biz artıq Paşinyan başda olmaqla onun komandasının ölkə Konstitusiyasını açıq şəkildə pozmaq niyyətində olduğunu görürük. Bu gün artıq hakimiyyət orqanları ölkənin əsas sənədindən-Konstitusiyasından öz qanunsuz fəaliyyətlərini əsaslandırmaq üçün istifadə edirlər. Bütün bunları Konstitusiya günündə etiraf etmək xüsusilə kədərlidir . O da təəssüflə qeyd edilməlidir ki,
hakimiyyətin bu cür davranışları ölkədə artıq yeni cinayətlərə yollar açır. Ona görə də Paşinyanın “ermeni Yuşşenko”ya deyil, “erməni Yanukoviç”ə çevriləcəyini deyə bilərik”.
Bu arada gülməli də olsa, qeyd edək ki, yenicə general-mayor rütbəsi verilən erməni polis rəisi Valeriy Osipyan deyib ki, “Ermənistan dünyanın ən təhlükəsiz ölkələrindən biridir”.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!
13.08.2020
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
12.08.2020
Rusiyada bu sahədə çalışanları işsizlik gözləyir
12.08.2020
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
12.08.2020
Ermənistanda son sutkada 201 nəfər COVID-19-a yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info